Sağlamlıq
Bədənimizin ƏN ÇOX EHTİYAC DUYDUĞU 3 vitamin
Vitamin və mineralları nə qədər qəbul etmək lazım olduğuna dair düzgün cavab yoxdur. Bu, insanların həyat tərzi, pəhriz və keçirdiyi xəstəliklərdən asılıdır. Bəlkə də kimsə daha çox kalsiuma ehtiyac duyur, digərləri C vitamininə. Bununla birlikdə bir çox hallarda üç vitamin çatışmazlığına daha çox rast gəlinir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, immunoloq Hizer Modey onlar haqqında danışmaq qərarına gəlib. Bunun sayəsində ilk növbədə hansı vitaminləri qəbul etmək lazım olduğunu biləcəksiniz:
1. B vitamini

Bitki və heyvan mənşəli qidalarından B vitaminlərinin bütün növlərini (B12 istisna olmaqla) əldə edə bilərik. Buna baxmayaraq, bir çox insan bu maddələrin çatışmazlığından əziyyət çəkir. Niyə?
Onlar bədənimizin həyat fəaliyyəti üçün istifadə olunur. Detoksifikasiya üçün, enerji, sinir və immunitet sistemlərində. Bədənimiz bir çox funksiyanı yerinə yetirmək üçün bu qrup vitaminlərə etibar edir. Odur ki, B vitamini ilə zəngin qidaların qəbulu yetərli deyil.
B vitamini çatışmazlığı, ümumiyyətlə, bağırsaq problemləri ilə özünü göstərir. B12 çatışmazlığının bəzi ümumi əlamətləri nazik bağırsaqda bakterial böyümə və qıcıqlanmış bağırsaq sindromudur.
Sink

Sink bədənimiz üçün vacib bir mineraldir. Zərərli bakteriya və viruslara qarşı mübarizədə immun sistemimizə kömək edir. Sink bədəndə zəruri zülalların yaranmasına da kömək edir.
Çatışmazlığın qarşısını necə almaq olar? Daha çox dəniz məhsulları yeyin. İstiridyə, buğda cücərtisi (səməni suyu) sinklə çox zəngindir.
3. Maqnezium

Bu vitamin də sağlamlığımız üçün vacibdir. Bədənimiz bunun sayəsində 300 biokimyəvi reaksiya həyata keçirir. Təəssüf ki, məhsullarda bunların çoxu yoxdur. Odur ki, immunoloq, vitamin əlavələri qəbul etməyi məsləhət görür.
Maqneziumun müxtəlif formaları var. Hizer Modey maqnezium qlisinat qəbul edir. Bu, narahatlığı azaltmağa və yuxunu yaxşılaşdırmağa kömək edir, həmçinin laksativ təsir göstərmir.
Aytən Məftun
-
Nəqliyyat30 Oktyabr 20:48Azərbaycanda qəza riski yüksək olan yolların xəritəsi hazırlanır - Sürücüləri nə gözləyir?
-
Avropa30 Oktyabr 19:10Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür
-
Nida Xəbər 30 Oktyabr 18:40Azərbaycanda daha bir cərimənin məbləği azaldılır
-
Nida Xəbər 30 Oktyabr 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB30 Oktyabr 16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB30 Oktyabr 14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 30 Oktyabr 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 30 Oktyabr 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək
















.jpg)





















.jpg)
.jpg)