Sağlamlıq
Mobil telefonlar xərçəng yaradır - Azərbaycanlı həkimdən hər kəsi ŞOKA SALACAQ XƏBƏRDARLIQ
Tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov son illərdə onkoloji xəstəliklərin yaranmasının səbəblərini açıb.
Publika.az xəbər verir ki, həkim onkoloji xəstəliklərin artmasının əsl səbəblərdən biri kimi radiasiyanı qeyd edib:
“Əvvəllər bu qədər onkoloji xəstələr yox idi. Bunu bizdən yaşca böyük olan insanlar təsdiqləyər. Bəs nə oldu ki, son 20-30 ildə onkoloji xəstəliklər sürətlə artdı və artmaqda davam edir. Xərçəng hüceyrənin nüvəsində olan DNT-nin kodunda yaranmış problemdir. Yəni çox dərində. Gəlin görək buna nələr səbəb ola bilər?

Siqaret? Kanserogen qidalar? Kanserogen maddələrlə təmas? Bunları həkimlər, qeyri-həkimlər, hətta uşaqlar da sayar. Hansı ki, bu saydıqlarımız sadəcə meyil yarada bilər. Amma bu patoloji prosesin özünü yarada bilməz, mən buna inanmıram. Əsl səbəblərdən biri kimi radiasiyanı görürəm. Mobil telefonların ixtirası və çox geniş istifadəsi milyonlarla insanı radiasiyaya məruz qoyur. Həmçinin televiziya radio antenalarının hərbi qurğuların yaydığı radiasiya. Bunlar əvvəllər bu qədər çox yox idi.
Düzdür ki, hansısa tədqiqat mobil telefonların zərərini sübut etməyib. Amma bu tədqiqatların obyektiv aparılmasına və nəticələrin düzgün paylaşılmasına inanırsınız? Nəzərə alın ki, mobil telefon xərçəng yaratdığını elan etsələr, dünya iqtisadiyyatına trilyon dollarla zərər dəyər.
Radiasiyanı ionizasiya edən və etməyən olmaqla şərti olaraq 2 yerə ayırıblar. Məsələn, rentgen, KT müayinələrin radiasiyası ionize edəndir və xərçəng yaratması ehtimalı açıqlanır, hamı bunu bilir. Müasir elm isə mobil telefon, mikrodalğalı soba, teleradio dalğalar, uc fazalı elektrik ötürücülərinin, MRT müayinəsinin və s. verdiyi radiasiyanın isə ionizasiya qabiliyyəti yoxdur deyir. İnanırsınızmı bu radiasiya mənbələrinin zərərsiz olduğuna?”
Aytən Məftun
-
Sosial09:32Süni intellekt hamını işsiz qoyacaq? - Dünya Bankının rəhbəri deyir ki...
-
Hadisə07:55Masazırda motosiklet qəzasında ölən iki dostun fotosu
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
-
Nida Xəbər 11 Oktyabr 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi


































.jpg)
