Sağlamlıq
Dünya şöhrətli professor BAKIDA xəstələri qəbul edəcək
Boylam Psixiatriya Xəstəxanasının, Boylam AMATEM və Boylam Psixiatriya İnstitutunun təsisçisi, minlərlə insanın alkoqol və digər maddə asılılığından azad olmasına nail olan, Türkiyənin ilk Beynəlxalq səviyyədə tanınan psixiatrı Professor Dr. Ertuğrul Köroğlu "Referans Medical Group"un təklifi ilə Bakıya gələcək.
Publika.az xəbər verir ki, bu barədə "Referans Medical Group"un xarici əlaqələr üzrə təmsilçisi Fəridə Rəhimbəyova məlumat verib. O, bildirib ki, professor 14-15 noyabrda Referans Poliklinikada xəstələri qəbul edəcək. 16 noyabrda isə “Leyla Medical Center”də (keçmiş Leyla Şıxlinskaya Klinikası) səhər saat 09:30-dan 17:00-a kimi psixoloq, psixiatr və tələbələrə seminar veriləcək. Seminarın sonunda bütün iştirakçılara sertifikat təqdim ediləcək.
Xatırladaq ki, Referans Klinik Laboratoriya Mərkəzi və Poliklinik, Leyla Medical Center (keçmiş Leyla Şıxlinskaya Klinikası) və LOR Hospitalın daxil olduğu - "Referans Medical Group" işləri daha da genişləndirmək və əhaliyə yüksək səviyyədə xidmət göstərmək üçün xarici həkimlərlə əməkdaşlığa qərar verib. Razılaşmaya əsasən, Türkiyənin tanınmış həkim və professorları xəstələri müayinə və müalicə etmək üçün hər ay Azərbaycana gələcək. Hər ay mütəmadi olaraq Memorial və Boylam Psixiatriya xəstəxanalarından tələb olunan ixtisaslar üzrə həkimlər gəlib burada xidmət göstərəcək.
Türkiyənin ilk Beynəlxalq səviyyədə tanınan psixiatrı Professor Dr. Ertuğrul Köroğlunun müsahibəsi ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Əlaqə nömrələri: Fəridə Rəhimbəyova 050 207 11 19
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO




































.jpg)


