Sağlamlıq
İsrail müsəlmanların DNT-sini pozmaq üçün BUNU EDİR? - Alimdən ŞOK AÇIQLAMA
“Peyvənd vurdurmayaq, xəstəliyi keçirərək ona qarşı immunitet qazanaq” mövqeyi böyük risk daşıyır. Bu düşüncə, uşaqlara “rus ruleti” oynatmaqla eynidir. Peyvəndin autizmə yol açdığı iddiasının reallıqla yaxın-uzaq əlaqəsi yoxdur. Peyvəndə qarşı çıxmaq elmlə savaşmaqdır”.
Publika.az xəbər verir ki, bunu İstanbul Universiteti Tibb Fakültəsinin Tibbi Mikrobiologiya şöbəsinin professoru Səlim Badur deyib.

O bildirib ki, İsrailin müsəlmanların DNT-sini pozmaq üçün xüsusi olaraq peyvənd istehsal etdiyini fikirləşmək axmaqlıq və cəfəngiyyatdan başqa bir şey deyil: “İllər ərzində peyvənddən istifadədə artım var, amma autizm sindromundan əziyyət çəkənlərin sayında çoxalma yoxdur. İtaliya və Almaniya 11 peyvəndi icbari edib. Bu peyvəndləri etdirməyən uşaqlar məktəblərə qəbul olunmur. ABŞ-ın bəzi bölgələrindəki peyvəndsiz uşaqlar izolyasiya edilmiş təhsil qurumlarına göndərilir. Bizdə isə uşaqlarına peyvənd vurdurmayan ailələrin sayı getdikcə artır”.
Professor vurğulayıb ki, dünyada peyvənd vurdurmağa imkanı olmayan ölkələr olduğundan, saatda 450 uşaq ölür: “Digər risk isə uşaq serebral iflicidir. İshal, meningit və ya vərəmin simptomları ilə meydana çıxan xəstəliklər ciddi problemlərə yol aça bilər. Yeni texnologiyalar sayəsində daha mükəmməl peyvəndlərdən istifadə edirik. İmmun sistemimiz 10-20 deyil, on minlərlə yad maddəni tanıyıb reaksiya vermək potensialındadır. Bu səbəbdən, peyvəndlərin sayı artdıqca, immun sistemimizin yorulması iddiası da əsaslı deyil”.
“Dərman firmalarının oyununa gəlməmək” iddiası ilə çıxış edən anti-peyvəndçilər uşaq xəstəlikləri və ölümlərindəki artımdan niyə danışmırlar? Peyvəndin tərkibində zərərli maddə yoxdur. Uşaqları ehtimal edilən xəstəliklərə qarşı qorumaq üçün vurulan maddənin zərərli olduğunu düşünmək ancaq cahillikdir”, - professor deyib.
Zümrüd
-
İqtisadi gündəm03:13Qızıl kəskin ucuzlaşdı
-
Sosial02:12Həmin tuneli yenə su basıbmış - VİDEO
-
Avropa01:41Krakovda Qətliam törədən şəxsin evində meyitlər aşkarlandı
-
Qoroskop00:30Günü ULDUZ FALI - Xəyallarınızla reallıq arasında körpü qura bilərsiniz
-
Nida Xəbər 00:20Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO
-
İdman7 Noyabr 23:00Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu
-
Sosial7 Noyabr 21:24Polad Həşimovun anasının son durumu açıqlandı
-
Magazin27 Noyabr 20:48“Victoria's Secret”in mələyi okean kənarında bikinidə poza verdi - FOTO

































.jpg)

