Sağlamlıq
Həddən artıq su içmək ölümə aparır - Həkimdən açıqlama
Türkiyəli professor Mahmut Yavuz bildirib ki, həddən artıq və şüursuz şəkildə su içmək insanın orqanizmində tarazlığı poza bilir. Buna görə də, su bədən indeksi və sərf olunan kalori nisbətinə görə tələb olunan miqdarda içilməlidir.
Publika.az xəbər verir ki, həkim bildirib ki, insan orqanizminin 60%-i, yəni təqribən 70 kq-lıq bir şəxsin 42 kq-ı sudan ibarətdir. Belə ki, bədənimizdə fırlanan qan dövranı ilə yanaşı, hüceyrələrin içində və toxumaların arasında da su mövcuddur. Yəni su insan üçün həqiqətən həyat mənbəyidir.
Göz yaşından ağız quruluğuna,beyin funksiyalarından dəriyə qədər demək olar ki, bütün orqanizm və orqanlarımız üçün su əhəmiyyətli təsirə malikdir. Lakin miqdarını düzgün təyin etmədikdə həm də orqanizm üçün təhlukəlidir.
Həkimin sözlərinə görə, son zamanlar xüsusilə pəhriz saxlayanlar arasında çox su içmə dəb halını alıb. Lakin bunun ciddi fəsadlarla nəticələnəcəyi heç kimi narahat etmir.
Həddindən artıq su içdiyiniz zaman, ürək çatışmazlığı ilə qarşılaşa bilərsiniz. Bundan əlavə, artıq su bədəndəki duzun azalmasına səbəb olur. Bunun isə beyində ödem və hətta ölümlə nəticələndiyi tibdə uzun zamandır məlumdur.
Mahmut Yavuz, sağlam bir insan gün ərzində bir litr su içərsə, kifayətdir deyə bildirib. Lazım olan digər bir litri isə insan gün içərisində yediyi qidalar vasitəsilə təmin etmiş olur. / Medicina.az
-
Qoroskop01:40Günün ulduz falı: Kompromisə getmək xeyrinizə olacaq
-
ABŞ15 İyul 23:55ABŞ İrana qarşı növbəti zərbələr dalğasına başladı
-
Magazin115 İyul 21:00Azərbaycanlı aktrisa ana oldu
-
Ekopublika.az15 İyul 20:24Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı
-
Hadisə15 İyul 20:12Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı
-
Kriminal15 İyul 19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya15 İyul 17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika15 İyul 16:02İlham Əliyev sərəncam imzaladı







































