Sağlamlıq
Koronavirusun sonradan ortaya çıxardığı qorxunc xəstəliklər - SİYAHI
COVİD-19-a yoluxub sağalanlar uzunmüddətli ağırlaşmalarla üz-üzə qalır.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Alyaska Universitetinin professoru Lois Parsli dünya miqyasında universitetlər və elm adamlarının hazırladıqları, yeni tip koronavirusun insan orqanizmindəki qalıcı təsirləri, ehtimal edilən zərərlərini əhatə edən məqalə yayımlayıb.
Elm adamlarının ortaq qənaəti bundan ibarətdir ki, yeni tip koironavirus insan orqanizmində bir çox yerində hüceyrələrə yapışa bilər. Ürək, böyrək, beyin və hətta qan damları daxil olmaqla, bir çox əsas orqana nüfuz edə və daimir zərərlər vura bilərlər. Araşdırmalara görə, müalicə alıb sağalan xəstələrdə ürək və ağciyərdə zədələr, sonsuzluq və iflic, həmçinin daimi təlaş kimi problemlər ortaya çıxır.
COVİD-19 xəstələrində sonradan meydana gələn xəstəliklər:
Ağciyər fibroziyası
Yale Universiteti Tibb Fakültəsinin kardioloqu Yosef Brennan COVİD-19 testi pozitiv çıxanların 2 ay sonra belə ağciyərlərində yanma və quru öskürək daxil olmaqla, açıq və qapalı simptomların ortaya çıxdığını ifadə edib. O, ağciyərlərdə açıq boz ləkələrin əmələ gəldiyini və sağalmadığını bildirib. Cənubi Kaliforniya Unoversiteti Kek Tibb Fakeltəsinin radioloqu Əli Qulamrəzanzad bu növ toxuma dəyişikliklərinin daimi zərərlərə səbəb ola biləcəyini diqqətə çatdırıb.
Qan laxtalanması yaradır
Koronavirusun müalicəsi üçün xəstəxanaya yerləşdirilən bir çox xəstə infeksiyaya reaksiya səbəbilə yüksək dərəcədə qan laxtalanması yaşayır. Bu laxtalanma isə iflic, ağciyər tıxanıqlığı, miokard infarktı kimi ciddi və xroniki ağırlaşmalara səbəb olur. Böyrək çatışmazlığı koronavirus xəstələrinin ortaq şikayəti olaraq diqqət çəkir.
Ürəyi zədələyir
Kritik xəstəliklər, xüsusilə, oksigen səviyyəsinin aşağı olması ürəyə əlavə stress verir. Lakin həkimlər COVİD-19 xəstələrində virus parçalarının ürək əzələsini iltihablaya biləcəyini düşünür. Kolumbiya Universitetinin Nevrologiya və Epidemiologiya professoru Mişel Elkaynd Çində koronavirus simptomları ilə xəstəxanaya müraciət edən insanların bir çoxunun miokard infarktı keçirdiyinin aşkarlandığını bildirib. Çində mart ayında aparılan araşdırma nəticəsində 416 COVİD-19 xəstəsindən 19%-nin miokard infarktı keçirdiyi müəyyən edilib.
Başqa bir araşdırmada isə 214 koronavirus xəstəsinin üçdən-birində baş gicəllənməsi, baş ağrısı, şüurun qapanması, görmə, iybilmə, dadbilmə qabiliyyətinin itməsi və sinir ağrısı kimi nevroloji simptomlarının aşkarlanıb. Fransada aparılan daha bir araşdırmada 64 koronavirus xəstəsindən 58-də nevroloji simptomlar üzə çıxıb.
Sonsuzluğa səbəb olur
Araşdırmaçılar koronavirusun kişilərdə sonsuzluğa səbəb ola biləcəyini oddia edir. “Dünya Urologiyası” dərgisinə açıqlama verən Əli Raba COVİD-19-un kişlərdə sonsuzluğa səbəb olma potensialına malik olduğu məsələsində teorik ehtimalı dilə gətirib. Yaxın zamanda aparılan bir araşdırmada koronavirusa yoluxan kişilərin 81-ində hormon səviyyələrinin azaldığı üzə çıxıb.
Zümrüd
-
Sosial12:42
Milyonlarla pulu ölkəyə qaytarmayan şəxslər həbs edildi - Prokurorluqdan əməliyyat
-
Sosial12:00
Yeni fərman: Bu şəxslərə ordudan möhlət hüququ verildi
-
ABŞ11:00
Trampın müşaviri İFŞA OLDU: Yeni administrasiya üçün vəzifələri pulla "PAYLAYIRMIŞ"
-
Region10:00
Yunanıstandan təxribat: Rusiya silahlarını Ukraynaya vermədi - Ermənistana göndərir
-
MDB09:36
Rusiyanın 230 milyonluq qazı “oğurlandı” - Bu Avropa ölkəsinə tədarük dayandırıldı
-
Nəqliyyat08:55
Azərbaycanda taksi qiymətləri 40% artdı - VİDEO
-
Nəqliyyat08:34
18 yolda tıxac var - SİYAHI
-
Magazin107:35
Çingiz Mustafayev: "Ora gələn insanların 80-90 faizi travmalıdır" - VİDEO