Sağlamlıq
Çinli alimlər müəyyənləşdirdi: Koronavirus...
Çinli alimlər müəyyənləşdirib ki, ağır hallarda koronavirus immun sistemində ciddi pozğunluqlara səbəb olur, bəzi hüceyrələr daha aktiv, digərləri zəif olur.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məqalə “Nature Medicine” (Təbabət) jurnalında dərc edilib.
Tədqiqatçılar bronxlarda və alveollarda müxtəlif dərəcədə şiddətlənməni, o cümlədən COVID-19-a yoluxan insanlarda tənəffüs sisteminin immun hüceyrələrini analiz edib. Üç yüngül simptomları olan, altı ağır xəstə və 3 sağlam şəxsdən nümunələr götürülərək müqayisə edilib.
Ağır xəstələrdə prosedur zamanı ağciyərlərdən çıxarılan mayenin içərisində iltihab reaksiyasını artıran monositik makrofajların həddindən artıq olduğu müşahidə edilib. Digər hüceyrə növlərinin, məsələn, miyeloid dendritik hüceyrələr, plazmasitoid dendritik hüceyrələr və T limfositlərinin orta dərəcəli koronavirus olan xəstələrə nisbətən daha aşağı olduğu aşkar edilib.
Xəstəliyin ağır vəziyyətlərində - ağciyərlərdə makrofaqlar tərəfindən ifraz olunan yüksək səviyyədə sitokinlər də mövcuddur. Beləliklə, makrofaqların bronxlarda və alveollarda intensiv iltihabı və sitokin fırtınası bədənin pozulmasına, eyni zamanda xəstənin ölümünə səbəb olan nəzarətsiz immun cavabıdır.
Aytən Məftun
-
Yaxın Şərq04:14Husilərin hücumundan sonra "Brent" markalı neft kəskin bahalaşdı
-
Səhiyyə02:12Gənclərdə yaddaş itkisinin səbəbi müəyyən edildi
-
Dünya01:41Dünyaca məşhur yazıçı vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Planlaşdırılmamış xərclər aylıq büdcənizi poza bilər
-
Magazin14 Oktyabr 23:36Generalın qızının toydur - FOTOLAR
-
Yaxın Şərq4 Oktyabr 23:24“Flydubai” pilotunun şok planı üzə çıxdı
-
Magazin24 Oktyabr 23:12“Yaprak Dökümü”nün “Hayriye”sinin son halı görənləri təəccübləndirdi - FOTO
-
Hadisə4 Oktyabr 22:48Həmin partlayış bu antiperspirantlara görə olubmuş - VİDEO



































.jpg)
