Sağlamlıq
Professordan XƏBƏRDARLIQ: “Məhdudiyyət müddəti uzandıqca məişət zorakılığı halları da çoxalır”
Əhali iki aya qədər sərt təcrid şəraitində yaşaya bilər, insan psixologiyası karantin rejiminə bu qədər müddət dözməyə qadirdir. Lakin sosial təcrid müddətinin uzanması təcavüz, məişət zorakılığı və spirt istehlakının əhəmiyyətli dərəcədə artması təhlükəsinə səbəb ola bilər.
Publika.az xəbər verir ki, bunu Rusiyanın Əməkdar həkimi və Rusiya Elmlər Akademiyasının Biomedikal Problemlər İnstitutu rəhbərinin müavini Yuri Bubeyev deyib.
“İzolyasiya şərtləri sərtdirsə, insanın mövcud duruma tab gətirə biləcəyi məhdud müddət bir ay yarım və ya iki aydır. Bundan sonra gizli qarşıdurmalar açıq formaya keçə bilər, bu, təcavüzə, məişət zorakılığına və alkoqolizmə gətirib çıxara bilər. Məhdudiyyət müddəti uzandıqca məişət zorakılığı halları da çoxalır və bunların sayının hələ artacağına hazırlaşmaq lazımdır” , - deyə professor xəbərdarlıq edib.
Yuri Bubeyev onu da əlavə edib ki, insanlar könüllü şəkildə özünü təcrid edibsə, müddətin uzadılması onlara təsir etməyəcək: “Burada insanın hansı şəraitdə olması böyük rol oynayır. Bu yaxınlarda Hindistandan ekspedisiyadan qayıtdım. Orada 20 ildir təcrid olunmuş bir rahibi araşdırdıq. Özünü yaxşı hiss edir, hər şeydən məmnundur”, - deyə həkim “RİA Novosti”-yə müsahibəsində bildirib.
Məlumat üçün bildirək ki, bir çox mütəxəssis koronavirusun yayılması fonunda tətbiq olunan karantin tədbirlərindən sonra əhalinin travmatik psixi pozğunluqlarla üzləşə biləcəyi mövzusunda xəbərdarlıq edib.
Aytən Məftun
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı












.jpg)















.jpg)



.jpg)

