Sağlamlıq
Gavalının İNANILMAZ FAYDALARI: infeksiyanı qovur, xərçəngi məhv edir
Gavalı immun sistemini qüvvətləndirən ən faydalı meyvələrdən biridir.
Publika.az xəbər verir ki, bu təbiət möcüzəsi digər meyvələrə nisbətən daha güclü antioksidant tərkiblidir.
Hər növ torpaqda yetişən və elmə 2000 növü məlum olan gavalının ən çox istifadə edilən növü qara gavalıdır.

Faydaları:
İmmun sisteminin qüvvətlənməsi və xəstəliklərə qarşı qorunmaq üçün daha çox qida dəyəri baxımından zəngin və antioksidant qaynağı olan meyvələrin istifadəsi tövsiyə edilir. Rəngi tünd olan meyvələrin bu xüsusiyyətləri isə digərlərinə nisbətən daha çoxdur.
1. Orqanizmdəki toksinləri atır, xərçəng hüceyrələrinin yayılmasının qarşısını alır. Sağlam hüceyrələrin çoxalmasını təmin edir.
2. Tərkibindəki vitamin və minerallar vücudun enerji dəyəri ehtiyacını qarşılayır.
3. Bağırsaq və mədəni rahatlaşdırır. Həzm sistemini asanlaşdırır.
4. Siqaret, spirtli içkidən istifadə edən və sağlam qidalanmayanların bədənindəki zərərləri aradan qaldırır, qaraciyəri təmizləyir.
5. Qan təzyiqinin nizamlılığına yardımçı olur.
6. Xolesterolun səviyyəsini aşağı salır.
7. İltihabqovucudur. İnfeksiyaları təbii yollarla zərərsizləşdirir.
8. C vitamini ilə zəngindir.
9. A vitamini tərkibi sayəsində gözlərin sağlamlığını qoruyur.
10. Gündəlik yorğunluğu aradan qaldırır.
11. Lif qaynaqlı gavalı bağırsağın hərəkətliliyini artırır. Qəbzlik problemi yaşayanların istifadə etməsi məsləhətlidir.

İstifadə formaları:
Çay və kompot formasında hazırlanıb istifadə edilə bilər.
Çayının hazırlanması:
1 fincan qaynadılmış suyun içinə 5-6 ədəd qara gavalı qurusu atın və 5 dəqiqə dəmlənməsini gözləyin. İlıq formada istifadə edin.

1 ədəd (45 qr) qara gavalının qida dəyəri:
Karbohidrat: 4,94 qr
Protein: 0,07 qr
Yağ: 0,23 qr
Lif: 0,99 qr
Xolesterol: 0 mq
Sodium: 1,35 mq
Kalium: 63 mq
Kalsium: 3,6 mq
A vitamini: 135 iu
C vitamini: 2,16 mq
Dəmir: 0,05
Zümrüd
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































