Sağlamlıq
Koronavirusa yoluxmanın qarşısını alan ƏN EFFEKTİV ÜSUL
ABŞ-ın Kolorado Universitetinin mexaniki mühəndislik üzrə professoru Şelli Miller qapalı məkanlarda koronavirus infeksiyasının qarşısını almaq üçün təsirli üsul ortaya qoyub.
Publika.az xəbər verir ki, tədqiqatçının fikrincə, ağır havadan xilas olmaq üçün otağı düzgün havalandırmaq lazımdır. Virus evdəki havaya daxil olarsa, patogeni çıxarmağa və ya havalandırmağa cəhd edə bilərsiniz. İçəridə bir neçə nəfər varsa, hava normal olaraq hər saatda 6 dəfə təzələnməlidir. Bu göstərici havanın mübadiləsinin sürəti adlanır. Ticarət binalarında hava istilik, havalandırma və kondisioner sistemləri, yaşayış binalarında isə açıq pəncərə, qapı və çatlar vasitəsilə dəyişdirilir, ötürülür.

Pandemiya vəziyyətində evlər və məkanların havası tez-tez dəyişilməlidir. 2016-cı ildə aparılan araşdırmada məlum olub ki, hava mübadiləsi saatda 9 dəfə dəyişilməlidir. Bu eksperiment Honkonq xəstəxanasında SARS, MERS və H1N1-in yayılmasının azalmasına kömək etdiyini göstərib. Bununla birlikdə, ABŞ və digər ölkələrdə, xüsusən də məktəblərdə bir çox bina tövsiyə olunan havalandırma qaydalarına cavab vermir. Bu vəziyyətdə Miller pəncərə və qapıları açıq saxlamağı məsləhət görür.
Otaqda hava mübadiləsi səviyyəsinin koronavirusun yayılmasının qarşısını almaqda optimal olub-olmadığını öyrənmək üçün karbon qazının konsentrasiyasını təyin edə bilərsiniz. Küçədə karbon qazının miqdarı milyon başına 400 hissədən çoxdur (ppm), yaxşı havalandırılan yerlərdə isə milyon başına 800 hissədir. Millerin fikrincə, koronavirusa yoluxmamaq üçün konsentrasiyası 600 ppm-dən aşağı olmalıdır. Konsentrasiyanı təyin etmək üçün 50 ppm dəqiqliklə karbon qazı sensorlarından istifadə edə bilərsiniz.
Aytən Məftun
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur

















.jpg)


















