Sağlamlıq
Seroloji tədqiqatlar strategiyamızın müəyyən olunmasına kömək olacaq – Həkim
“Seroloji testlərin əhali arasında təsadüfilik prinsipinə əsasən aparılması layihəsinə start verilib. Artıq bazar ertəsindən etibarən proqram vasitəsilə seçilən şəxslərə zənglər olunur və layihədə iştirak üçün dəvət edilir”.
Bunu Publika.az-a danışan həkim-infeksionist Nəzrin Mustafayeva deyib.
Onun sözlərinə görə, bu testlərin keçirilməsində əsas məqsəd əhalinin öz immun statusları haqqında məlumat əldə etməsidir: “Mənə bir sıra şəxslər müraciət edərək bilmək istəyiblər ki, bu xəstəliyi keçirib sağalıblarmı, yoxsa virusa qarşı hələ də həssasdırlar. Ona görə də analizlər keçirildiyi zaman insanların hələ də yoluxma ehtimalının olub-olmadığı müəyyən olunacaq. Çünki xəstəlik 81 faiz halda ya yüngül simptomla keçir, ya da ümumiyyətlə simptomsuz olur. İndiyə qədər bununla bağlı müraciət etmiş şəxslər olub ki, onlar ödənişli əsaslarla özəl laboratoriyalarda analizlər veriblər və onlarda koronavirus seroloji testi müsbət olub. Bu, o deməkdir ki, onların qanında yeni növ koronavirusa qarşı artıq immun cisimciklər yaranıb. Hansı ki, bu şəxslər bildirirlər ki, qızdırmaları və digər simptomları olmayıb. Onlar xəstəliyi nə zaman keçirdiklərindən də xəbərsizdirlər. Bu baxımdan seroloji testlərin keçirilməsi müsbət haldır”.
N.Mustafayeva qeyd edib ki, analizlər zamanı əlavə olaraq 26 parametrdən ibarət qanın ümümi analizi də həmin şəxslərə ödənişsiz şəkildə həyata keçirilə bilər: “Bu da eyni müayinəyə daxildir. Bir sıra inkişaf etmiş ölkələr artıq bu layihəni keçiriblər. Məsələn, Türkiyə, Çin, Almaniya, İsveçrə kimi ölkələrdə bu proses artıq həyata keçirilib və müəyyən nəticələr də əldə olunub. Seroloji tədqiqatlar növbəti dövr ərzində strategiyamızın müəyyən olunmasına kömək olacaq. Öyrənilməlidir ki, əhalinin hansı hissəsi bu virusu keçirib, yoxsa insanlar bu virusa qarşı hələ də həssasdır. Bu, çox vacibdir”.
Akqabay Mıradov
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur



































