Sağlamlıq
Koronavirusun ikinci dalğası nə zaman başlayacaq?
Mütəxəssislərin proqnozlarına görə, ikinci koronavirus dalğası sentyabr ayında başlaya bilər.
Publika.az xəbər verir ki, bu, payızda ənənəvi olaraq yoluxucu və tənəffüs xəstəliklərinin artması ilə bağlıdır. Rusiyalı epidemioloq Aleksandr Pesterev qeyd edib ki, mövsümi amillə əlaqədar olaraq qrip və koronavirus xəstələrinin sayı artacağı üçün ağırlaşmaların baş verməsi gözləniləndir.
“Rusiyada pandemiyanın Avropa və ya ABŞ-la eyni olacağını iddia edə bilmərəm. Hər bir ölkədə COVID-19-un inkişaf mənzərəsi fərqlidir. Əvvəla, bölgələrdə əhali sıxlığı, məşğulluq xüsusiyyəti və insanların immunitet vəziyyətində müxtəliflik müşahidə olunur”, - Pesterev bildirib.
Tibb elmləri doktoru, Meçnikov adına Peyvənd və Profilaktika İnstitutunun laboratoriya müdiri Mixail Kostinov inanır ki, istənilən halda payızda ikinci dalğanın baş verməsi gözlənilir.

“Payızda tənəffüs yoluxucu xəstəliklərin tezliyi daim artır, bunun ikinci dalğa olacağını deyə bilərik. Eyni zamanda vəziyyət əhəmiyyətli dərəcədə dəyişdiyindən baharda artıq gördüyümüz zirvə təkrarlanmayacaq. Bəzi təxminlərə görə, əhalinin 20-35%-i artıq xəstələnib, antikorları var, insanlar özlərini qorumağı öyrənib. Odur ki, baharda olduğu kimi ölkə daxilində məktəb və ya institutların kütləvi şəkildə bağlanmayacağını düşünürəm. Belə bir məqam var: xəstəlik sayında lider yeri mövsümi qrip tuta bilər. Bu səbəbdən bu il qripin qarşısının alınması gücləndirilməlidir, peyvənd vurdura bilərsiniz”, - mütəxəssis bildirib.
İnfeksion xəstəliklər üzrə mütəxəssis, professor Nikolay Malişev isə qeyd edib ki, yoluxma statistikasına əsasən uzun müddətdir göstəricilər eyni səviyyədədir:
“Xəstəliklə bağlı statistikaya baxsanız, uzun müddət eyni səviyyədə qalıb. Yoluxma sayı təxminən eynidir, yerli alovlanmalar var, amma artıq deyil. İndi maddi mənada virusla mübarizə aparmağa daha çox hazırıq - hər yerdə reanimasiya şöbələri əla vəziyyətdədir, çoxlu ventilyasiya cihazı, dərmanlar var. Ən əsası həkimlər təcrübə toplayıb, əlbəttə ki, immuniteti olan insanların müəyyən təbəqəsi artıq formalaşıb”.
Aytən Məftun
-
Sosial22:00AZTV-nin sədr müavininə ağır itki
-
Banklar 21:00"Card to card" dövrü bitir? - Hər kəsin bilməli olduğu YENİLİK
-
Cənubi Qafqaz20:48İrəvanda Azərbaycanla sülh müqaviləsi müzakirə olundu
-
Magazin220:12"OnlyFans" modelinin dırnaqlarını alıb yeməklərinə qatdı
-
İKT19:12Oyun həvəskarlarına "Nvidia"dan üzücü xəbər
-
Magazin119:00“Məktəbə hamı istədiyi hər şeyi çox asan gətirə bilər?”
-
MDB18:24"Crocus işi"ndə gizli şahid ortaya çıxdı
-
Hadisə17:20Güllələnən müəllimənin atası: "Boynundan 16 qırma çıxarıldı"



































