Sağlamlıq
Bu şəxslərdə koronavirusa qarşı immunitet var
Danq qızdırması keçirmiş insanlar koronavirusa qarşı immunitet qazanmış ola bilərlər.
Publika.az xəbər verir ki, bu versiyanı ABŞ-ın Dyuk Universitetinin professoru Migel Nikolelis irəli sürüb. Alim COVID-19 və qızdırmanın coğrafi bölgə üzrə yayılmasını müqayisə edib. Koronavirus infeksiyası daha az olan və xəstələnmə sayı daha yavaş artan yerlərdə yaşayanların bu il və keçən il danq xəstəliyi ilə qarşılaşdıqları aşkar edilib.
“Bu təəccüblü tapıntı danq flavivirus serotipləri ilə SARS-CoV-2 arasında maraqlı immunoloji çarpaz reaktivlik ehtimalını artırır”, - Nikolelis deyib. O, əvvəlki tədqiqatlarda danq qızdırması ilə COVID-19 antikorları arasında əlaqə olduğunu xatırladıb. Bu təsir müxtəlif patogen ailələrə mənsub olmasına baxmayaraq, iki virus arasındakı immunoloji qarşılıqlı əlaqəni göstərə bilər.
Nikolelis bildirib ki, danq ilə koronavirusun əlaqəsi doğru olduğu təqdirdə danq və ya danq əleyhinə vaksinasiya COVID-19-a qarşı müəyyən dərəcədə qorunma təmin edə bilər.
Danq qızdırması intoksikasiyaya, əzələlərdə və oynaqlarda ağrıya, huşsuzluğa, limfa düyünlərinin şişməsinə səbəb olan kəskin viral xəstəlikdir. Hər il xəstəlikdən 20 minə qədər insan ölür.
Aytən Məftun
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı
-
Hadisə08:19Şəkidə itlər Niderland vətəndaşına hücum etdi - Təcili əməliyyat olundu
-
Magazin207:47Ceyson Stethemin sevgilisi dekolteli transparan libasda - FOTO
-
ABŞ07:30Trampın səfəri zamanı “F-16” qırıcıları beş təyyarəni ƏLƏ KEÇİRDİ
-
Ekologiya07:17Bu ərazilərə yağış yağacaq - PROQNOZ
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..





















.png)











.jpg)
.jpg)