Sağlamlıq
Depressiya zamanı spirtli içki qəbul etmək olar?
Professor Boris Polojiy payız depressiyası zamanı spirtli içki qəbul etməyin zərərlərindən danışıb.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, bu vəziyyətdə alkoqoldan asılılıq son dərəcə sürətlə inkişaf edir.
“Belə hallarda alkoqol vərdişi çox tez formalaşır. Depressiya daha tez-tez yarana bilər. Əgər siz depressiyanı daim alkoqolla aradan qaldırmağa çalışırsınızsa, bir çox hallarda asılılıq qaçılmazdır. Hər hansı problemi çözə bilməyən insan özünü başqa girdaba salır. Alkoqol vəziyyəti bir müddət yaxşılaşdırır, amma bu, dərman kimi istifadə etmək üçün səbəb deyil”, - ekspert “Sputnik” radiosuna verdiyi müsahibədə deyib.
Polojiy depressiyanı aradan qaldırmaq üçün daha təsirli və daha təhlükəsiz vasitələrin olduğunu vurğulayıb: “Gəzinti və ya qaçış kimi fiziki aktivliyi antidepresantlarla müqayisə etmək olar. Simptomlar şiddətlənməyə davam edərsə, psixoterapevt və ya psixiatrla məsləhətləşin”.
Mütəxəssis ekstremal hallarda depressiya ilə antidepresantlarla mübarizə aparmağı məsləhət görüb.
Aytən Məftun
-
Pul10:13Fransa iqtisadiyyatı üçün həyəcan təbili: “S&P” də proqnozunu pisləşdirdi
-
İqtisadi gündəm09:28Dünyanı gözləyən böyük təhlükə: Yaxın 6 ayda bu ərazilərdə aclıq kəskinləşəcək
-
ABŞ09:19Bayden daha kimsənin vecinə deyil: Kitabı da satılmır
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu


































