Sağlamlıq
Koronavirusun sürətlə yayılmasının ƏSAS SƏBƏBİ
Alimlər SARS-CoV-2-nin ötürülməsinin əsas amilinin havadakı nəmin buxarlanma sürəti olduğunu aşkar edib.
Publika.az xəbər verir ki, bu barədə “EurekAlert”in yayımlanan press-relizində bildirilib.
Tədqiqatçılar rütubət, istilik və küləyin sürətinin virus hissəcikləri olan tüpürcəyin ən kiçik damcılarının yayılmasına təsirini araşdırıb. Nəzəri modelləşdirmə və hidrodinamik təcrübələrin nəticələri göstərib ki, yüksək temperatur və aşağı nisbi rütubət tüpürcəklə çirklənmiş damlacıqların yüksək buxarlanma dərəcəsinə səbəb olur və bu da virusun canlılığını əhəmiyyətli dərəcədə azaldır.
Bununla birlikdə, nisbi rütubət yüksək olduqda damcı buludların keçdiyi məsafə və onların konsentrasiyası, yüksək temperaturda da əhəmiyyətli olaraq qalır. Küləyin sürəti sosial məsafə qaydasında mümkün dəyişikliklərə təsir edən başqa bir amildir.
Bu nəticələr dünyanın həm yüksək temperatur, həm də yüksək nisbi rütubət zonalarında yaşayan əhalinin sıx olduğu müxtəlif şəhərlərdə pandemiyanın iyul ayında niyə gücləndiyini izah etməyə kömək edib. Payız və qış fəsillərində soyuq temperatur və yüksək külək sürəti havadakı virusun sağ qalmasını, eynilə ötürülməsini artıracağı zaman pandemiyanın şiddətlənəcəyi ehtimalı barədə də xəbərdarlıq edilib.
Aytən Məftun
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq







































