Sağlamlıq
Viruslarla mübarizə aparmağa kömək edən MEYVƏ
Ən faydalı meyvələrdən biri də avokadodur. Xüsusilə soyuq mövsümdə immuniteti gücləndirmək üçün rasiona daxil edilməlidir.
Publika.az xəbər verir ki, bu barədə terapevtik qidalanma və ortomolekulyar tibb üzrə məsləhətçi Marina Sergiyenko danışıb.
“Avokado immun sisteminə inanılmaz dərəcədə müsbət təsir göstərir. Tərkibində D vitamini, Omeqa yağları və E vitamini var. Yağda həll olan D və E vitaminləri orqanizm tərəfindən sürətlə və düzgün şəkildə mənimsəniləcək, eyni zamanda mövsümlərarası faydalı maddələrlə təmin edəcək. Günün ilk yarısında meyvəni yemək daha yaxşıdır, çünki kalorisi çoxdur, toxluq hissi verir və bədəni enerji ilə təmin edir. Avokado ömrü uzadan, ürək-damar sistemini gücləndirən və bütün bədən proseslərində iştirak edən çox sayda doymamış yağ turşuları ehtiva edir.
Avokado seçərkən oksidləşmə prosesinin başlanğıcını göstərən qaralmaya diqqət yetirməlisiniz. Belə meyvə almayın. Saplağı da yoxlayın. Əgər qaradırsa, başqa avokado seçmək daha yaxşıdır, lakin yaşıl-sarı rəngdədirsə, bu meyvə almaq üçün idealdır”, - ekspert bildirib.
Qaraciyər problemi olan insanlara avokado istifadəsini məhdudlaşdırmaq tövsiyə olunub.
Aytən Məftun
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































