Sağlamlıq
Tanınmış həkimdən vacib tövsiyə: “Dərmanların hamısı zəhərdir, lakin...”
“Bilin və agah olun ki, vaxtı keçmiş dərmanların 90%-dən çoxu əslində effektiv və təhlükəsiz olur. Hələ bəzi dərmanların 10 illər ərzində öz gücünü itirmədiyi və istifadəsinin təhlükəsizliyi tədqiqatda sübut olunub. Həmin tədqiqatda bəzi dərmanların effektinin cəmi 10% zəiflədiyi görülüb. Bunlar Aspirin, Fenasetin, Amfetamindir”.
Publika.az xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Tanınmış həkim bildirib ki, bəzi dərmanlar istisnadır:
“İstisna adlandırılan dərmanlar bunlardır: Nitroqliserin, Tetrasiklin qrupu antibiotiklər və maye şəklində olan antibiotiklər. Qalanlarını əgər saxlanılma şəraiti normal olubsa, zərurət olduğu halda vaxtı keçibsə belə istifadə etmək olar. Lakin bir daha xatırladım ki, dərman zəhərin müalicəvi dozasıdır. Bütün dərmanlar əslində zəhərdir. Özbaşına heç nə etmək olmaz, mütləq həkiminizlə məsləhətləşin!”
Həkim daha sonra bədənin tonusunu qaldırmağın yollarından söz açıb:
“Bəzən elə anlar olur ki, yorğunsunuz, amma təcili olaraq beyninizin aktiv olmasına ehtiyac var. Belə hallarda enerji içkiləri içir və ya snikers yeyirsiniz, çünki reklamı güclü gedib. Ya isti duş almaq, yuxunu, qidalanmanı, iş rejimini qaydaya salmaq, stressdən, zərərli vərdişlərdən uzaq olmaq, açıq havada gəzmək, yoqa, ya da idmanla məşğul olmaq, günəş işığının beyini aktivləşdirmək faydası və s. barədə düşünə bilərsiniz. Bunlar effektli olsa da, uzun müddət tələb olunur. Amma sizə elə bu dəqiqə beyinin aktiv işləməsi lazımdırsa, tibbi cəhətdən effekti sübut olunmuş, hər an edə biləcəyiniz 2 yöntəmdən danışmaq istəyərəm.
1. Üzünüzü buz kimi soyuq su ilə yuyun. Boğazınızı və boynunuzu da. Soyuq su ilə boğazı bir neçə dəfə qarqara edin. Bu zonalar sinir ucluqları ilə zəngindir. Siz həmin nahiyəyə gözlənilmədən soyuq tətbiq etdikdə beyin təcili fövqəladə hal rejiminə- gücləndirilmiş iş rejiminə keçir.
2. Çin xalq təbabətinin effekti sübuta yetirilmiş yöntəmi: Qulaqlarınızı sırğalıq hissədən başlayaraq yuxarı hissələri daxil olmaqla masaj edin. 1 dəqiqə müddətində masajdan sonra qulaqlarınız qızaracaq, isti hiss edəcəksiniz. Bilin ki, həmin vaxt beyin qan dövranı da yaxşılaşır deyə beyniniz daha aktiv işləyəcək”.
Aytən Məftun
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO