Sağlamlıq
Həkim açıqladı - Öldürücülüyünün artması barədə dəqiq məlumat yoxdur
Koronavirusun B1.1.7 variantı 14 genetik mutasiyanı birləşdirir. Virus daha yüngülləşib, yoluxuculuğu 70% artıb. Bu, qısa müddətdə daha çox insanın yoluxması deməkdir. Öldürücülüyünün artması barədə hələ dəqiq məlumat yoxdur. Amma yoluxuculuğun artması və çox insanları qısa müddətdə xəstələndirməsi xəstəxanaların yükünü artıra, dolayısıyla ağırlaşma və ölüm hallarının artmasına səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin Hacəttəpə Universiteti Xəstəxanasının anesteziya və reanimasiya şöbəsinin həkimi Turanə Rəsulova deyib. Həkim bildirib ki, ölkəmizə gəldikdə, hələ ki B1.1.7 bizim üçün təhlükə kəsb etmir:
“Ümid edək ki, tədbirlər sayəsində gəlib çıxmaz Azərbaycana. Mövcud virusun sürətli yayılması, xəstəxanaların dolması, personal çatışmazlığı, dərmanların hamı üçün əlçatan olmaması ən ciddi problemlərimizdir.
Dünən yoluxma sayında ciddi azalma oldu, bu, sevindiricidir. Hər kəs özünü və yaxınlarını qorusun. Prezidentimiz ən yaxın zamanda kütləvi, pulsuz, könüllü vaksinasiyanın başlayacağını söylədi. O vaxta qədər qorunmaq ən güclü vasitədir. Kütləvi toplanmaqdan qaçın, maska taxın, əllərinizi tez-tez yuyun, məsafə gözləyin. Tanrı xalqımızı qorusun”.
Aytən Məftun
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır






































