Sağlamlıq
Çayın koronavirusa inanılmaz təsiri: 10 saniyəyə...
Kioto Tibb Universitetinin alimləri qara çayın insan tüpürcəyindəki koronavirusu on saniyədə təsirsiz hala gətirə biləcəyini iddia edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmanın nəticələri “bioRxiv” vebsaytında dərc olunub.
İçkinin bu qabiliyyəti çay yarpaqlarında olan katexinlərin antioksidant tərkibi ilə əlaqələndirilib. Çay növündən asılı olaraq onlar fərqlənən digər bioloji aktiv birləşmələr meydana gətirirlər. Analiz üçün mütəxəssislər on saniyə ərzində bir tüpdə koronavirusa yoluxmuş beş nəfərin tüpürcəyini yaşıl və qara çayla qarışdırıb. Qara çayda virusun titri aşkarlanmayan səviyyəyə düşüb. Yaşıl çay nisbətən az effektivlik göstərib, lakin donorlardan birinin tüpürcəyində nəzarət şüşəsi ilə müqayisədə titr bir neçə dəfə azalıb.
Buna baxmayaraq, elm adamları çayın koronavirusun müalicəsi üçün istifadə oluna bilməyəcəyini qeyd edib. Çünki tərkibindəki bioloji aktiv maddələr bağırsaqlardan qana az hopur və onların konsentrasiyası virusu təsirsiz hala gətirmir.
“Çayda tannin adlı maddə var. Bu, güclü virusların və zülalların dağılmasına səbəb olan denaturatlaşdıran vasitədir. Odur ki, çay nə qədər istidirsə, tərkibində bir o qədər daha çox tannin olur və virusu təsirsiz hala gətirmə qabiliyyəti artır”, - Moskva Dövlət Qida İstehsalat Universitetinin Biotexnologiya və Bioorqanik Sintez Məhsulları Texnologiyası kafedrasının eksperti bildirib.
Razumovski adına Moskva Dövlət Texnologiya Universitetinin kafedralarından birinin rəhbəri İqor Nikitin belə bir təsirin uzun müddət davam edə bilməyəcəyini əlavə edib.
Aytən Məftun
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular















.jpg)


















.jpg)

.jpg)