Sağlamlıq
Yeni ştamlardan sığortalanmağın yeganə yolu budur
“Yeni ştamlar koronavirusun təzə növü hesab olunur. Bu ştamlar onqat sürətlə yayılır. Öldürücü təsirə malikdir. Bu ştamlar ilk dəfə özünü İndoneziyada göstərib. Amerikanın bir çox şimal-şərq əyalətlərində yayılıb. Britaniya, Niderland, Avstraliya və bu kimi bir çox ölkələrdə, hətta bu yaxınlarda qonşu İranda da sözügedən virusa yoluxanlara rast gəlinib, bir neçə nəfərin ölümünə də səbəb olub”.
Bunu Publika.az-a açıqlamasında həkim-terapevt Məlahət İsayeva deyib. Onun sözlərinə görə, bu virus mutasiyaya uğradıqca daha çox yayılmağa başlayır:
“Bəzi alimlər hesab edirlər ki, mutasiyaya uğramış virus daha yoluxucudur, amma bir o qədər təhlükəli deyil. Alimlərin fikrincə, bu virus Rusiyaya və digər ölkələrə gəlib çatarsa, bir o qədər öldürücü olmayacaq. Çünki həmin ölkələrdə pandemiya o qədər yüksək səviyyəyə çatıb ki, yeni gələn ştamları köhnə virus sıxışdırıb aradan çıxaracaq. Məhz buna görə də alimlər bu virusların bir o qədər qorxulu olmadığını söyləyirlər. Onlar insanları vaksinasiyaya dəvət edirlər. Deyirlər ki, əgər insanlar vaksinasiya olunarlarsa, bu, yeni gələn ştamları da məhv edəcək. Mən də bu fikirdəyəm. Bir həkim-terapevt, 6 ay koronaviruslu xəstələri müalicə edən şəxs kimi insanları vaksinasiyaya çağırıram”.
Həkim hesab edir ki, özümüzü və yaxınlarımızı qorumaq üçün mütləq vaksinasiya olunmalıyıq: “İnsanlara tövsiyə edirəm ki, vaksin vurdursunlar. Burada qorxulu heç nə yoxdur. Mən özüm də vaksin vurdurmuşam. Bizim tibb müəssisəsində həkimlər vaksinasiyadan keçiblər. Mənə çoxsaylı zənglər gəlir, deyirlər ki, vaksinasiyadan keçmək istəyirik. Bəzi insanlar bu məsələyə biganə yanaşsalar da, bir hissəsi fəaldır. Tez bir zamanda yeni ştamlar haqqında məlumat toplayıblar və bu da onlarda qorxu yaradıb. Ümid edirəm ki, insanlar könüllü şəkildə vaksin vurdurmaq üçün səhiyyə ocaqlarına axın edəcəklər”.
Tural Turan
-
Sosial19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı
















.jpg)







.jpg)

.jpg)










