Sağlamlıq
Yaşıl çayın zərərləri
Yaşıl çayın faydaları artıq dillər əzbəridir. Lakin çox az adama bəllidir ki, bu içki orqanizmə zərər də verə bilər. Yaşıl çayın mənfi təsiri əsasən içilmə qaydası ilə əlaqədardır. Bu çayı çox tünd dəmləyib, həddindən artıq çox içsəniz, zərərli olacaq.
Publika.az xəbər verir ki, bu barədə dietoloq Nərgiz Nəzirova danışıb. Həkim bildirib ki, bu halda yaşıl çay qanı durulda bilər. Bundan əlavə, qan laxtalanması problemi varsa, o zaman həddindən artıq yaşıl çay qəbulu qanaxma riskinin artmasına səbəb olur:
“Yaşıl çay dəmirin təsirini öldürür. Buna görə onu yeməklə içməyi məsləhət görmürlər və onunla birlikdə dəmir tərkibli preparatlar qəbul edirlər. Bir insanın anemiyası varsa, yaşıl çayın həddindən artıq qəbulu vəziyyəti daha da ağırlaşdıracaq.
Hamilə və laktasiya dövründəki qadınlar üçün yaşıl çayın norması iki stəkandan çox olmamalıdır. Bu qayda qorunmazsa, doğuş təhlükəsi və doğuş qüsurları riski artır”.
Həkimin yaşıl çayın zərərləri barədə fikirlərini təqdim edirik:
Ürək və təzyiq problemi
Yaşıl çayın tərkibində kofein var, buna görə bu maddənin normadan artıq dozası ürək döyüntüsünün ritmini pozur, qan təzyiqini yüksəldir.
Göz təzyiqinin artması
Yaşıl çay çeşidləri gözdaxili təzyiqi artıra bilər. Bu proses tədricən, 30 dəqiqə ərzində baş verir, 1,5 saata qədər müddətdə davam edir.
Həzm problemləri
Yaşıl çayı uzun müddət və qaynar suda dəmləsəniz, o zaman acqarına qəbul edin, əks təqdirdə bu, həzm problemlərinə - ürəkbulanma, qusma, həzmsizliyə səbəb ola bilər. Çayın çox qəbulu ishala səbəb olur, bağırsaq simptomlarını qıcıqlandırır.
Dərmanların mənfi təsiri
Çay kofeininin həddindən artıq olmasına görə orqanizm onu parçalamağa və çıxarmağa çalışır. Lakin bəzi dərmanlar (antibiotiklər, doğuş idarəsi, estrogenlər və s.) kofein parçalanma dərəcəsini azaldır, buna görə bədəndə daha uzun müddət qalır. Bu baxımdan yan təsirlərin - əsəbilik, baş ağrısı və ürək çırpıntılarının inkişaf riski artır.
Baş ağrısı, narahatlıq, yuxu problemi
Kofeinə həssas olan insanlarda çayın davamlı istifadəsi baş ağrısına səbəb ola, miqreni ağırlaşdıra bilər.
Aytən Məftun
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO





































