Sağlamlıq
SOS: Koronavirusdan sağalan şəxslər bunu etməsin!
Moskvanın baş narkoloqu Yevgeni Bryun koronavirusa yoluxan şəxslərə spirtli içkidən imtina etməyi tövsiyə edib.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ekspert viral intoksikasiyadan əlavə, alkoqolun da bədəni zəhərlədiyini bildirib.
“Koronavirus də daxil olmaqla, hər hansı viral xəstəlik intoksikasiyadır. Buraya alkoqol intoksiyası əlavə olunduğu zaman bütün biokimyəvi harmonik mənzərə pozulur”, - mütəxəssis izah edib.
Virusdan sağalan bəzi şəxslər sağlamlıqlarına yenidən laqeyd yanaşmağa və pis vərdişlərə qayıtmağa başlayırlar. Ekspertlərin sözlərinə görə, xəstəlik səbəbilə damarlar virus tərəfindən ciddi hücuma məruz qalır və bu səbəbdən sağaldıqdan sonra orqanizmi spirtli içki ilə yükləmək olmaz.
“Alkoqol istisna edilməlidir. Bəzi italiyalı həkimlər bir badə şərabın zərərli olmadığını söyləyirlər. Ancaq reabilitasiya prosesinin ilk mərhələlərində alkoqolun əks təsirinin olduğunu bilmək vacibdir.
Koronavirusdan sonra reabilitasiya zamanı düzgün qidalanma xüsusilə vacibdir. Sağalan xəstələr D vitamini səviyyəsini izləməlidirlər: əgər testlər bunun kifayət olmadığını göstərərsə, vitamin qəbul etmək lazımdır”, - rusiyalı alim Anastasiya Samkova bildirib.
Aytən Məftun
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır






































