Sağlamlıq
Koronavirusdan sağalanlar belə qidalansın
Koronavirus bədəni zəiflədir, buna görə birdən-birə əvvəlki pəhrizə qayıtmaq insana zərər verə bilər. Düzgün olmayan qidalanma qəbizlik, şişkinlik, qarın ağrısı, mədədə ağırlıq təhlükəsi yaradır.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kurkinodakı İnnovativ Texnologiyalar Klinikasının qastroenteroloq-terapevti Daria Ovçinnikova danışıb.
“Antibiotiklər mikrofloranı pozur və steroid olmayan iltihab əleyhinə dərmanlar mədə qişasının zədələnməsinə gətirib çıxarır, bununla da xlorid turşusu istehsalının artmasına səbəb olur. Bu, qastriti şiddətləndirə, hətta eroziya səbəb ola bilər”, - həkim bildirib.
Qidalanma mütəxəssisi Aleksandr Andreyev isə yağlı, ədviyyatlı xörəklərdən və fəstfuddan bir müddət uzaqlaşmağı məsləhət görüb. Xəstəlikdən 10-14 gün sonra şişkinliyə səbəb olan qidalardan və maddələrdən – kələm turşusu, spirt, laktoza (tam süd), həmçinin qlüten və şokolad, çörək məhsulları, qaxac, kotlet, hazır yemək kimi rəfinə edilmiş məhsullardan imtina edin.
Həkimlərin sözlərinə görə, sağalandan sonra ilk həftələrdə tam taxıl tərkibli qidalara üstünlük vermək və yuxunu unutmamaq lazımdır. Koronavirus xəstələrində iştahın pisləşməsi və mədə həcminin azalması ola bilər. Həkimlər bu vəziyyətdə kəsirli qidalanmaya müraciət etməyi məsləhət görürlər: hər üç-dörd saatdan bir 3 əsas yemək və qəlyanaltı.
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir
-
Tarix09:543800 il əvvələ aid borc dəftəri tapıldı: Hesab pivə ilə də bağlanırmış - FOTO
-
Hadisə09:48Elşən Usubov həbs olundu
-
Nida Xəbər 09:12Turan Əliyevə İsveçdə vəzifə verildi - FOTO
-
ABŞ09:00Bir milyon dollarlıq çeklə çəkilmiş fotosu başına bəla oldu - FOTO
-
Region08:48Pezeşkian Xameneinin məzarı önündə diz çöküb ağladı - VİDEO





































