Sağlamlıq
Diabet xəstələri üçün VACİB TÖVSİYƏLƏR
Türk diyetoloq Ersin Özdemir şəkərli diabetlə bağlı bəzi qaydaları açıqlayıb və diabetli insanların ən çox yol verdiyi səhvləri qeyd edib.
İnsulinin vaxtında qəbul edilməməsi: Əgər siz insulin iynəsindən istifadə edirsinizsə, insulininizin təsir mexanizmi və müddəti ilə tanış olun. Məsələn, insulin qana yeridildikdən 30 dəqiqə sonra qan şəkərini aşağı salmağa başlayır, ən güclü təsirini 2-ci saatda göstərir və 5-ci saata doğru qandan tamamilə yox olur. Yəni əvvəlki insulindən 6 saat keçib və bilmək lazımdır ki, kiçik bir şey yesəniz belə, onu tez artıracaq. Əgər qan şəkəriniz yüksəkdirsə, imkan daxilində ən azı 20-30 dəqiqə əvvəl insulini ayaqlardan bədənə yeridib onun üzərində gəzməyə çalışın ki, insulinin paylanması sürətli olsun.
İnsulin pompası istifadə edənlərin limitsiz yemə fikri: Bu şəxslərdə adətən “pompam var, nə istəsəm yeyə bilərəm” kimi fikir olur. Bu fikir doğru deyil, çünki bu gün bir çox xəstəliklərin əsasında yüksək miqdarda insulin və şəkərin artması dayanır. Bilməlisiniz ki, o, hər orqanda insulinə qarşı müqavimət yarada bilməz və gözlər, cinsiyyət orqanları, böyrəklər və sinir sistemi geri dönüşü olmayan zədələr ala bilər. Bu orqanlar insulinə müqavimət yarada bilməz.
Bəzi sözlərə qulaq asmayın: Hesab edirəm ki, bu, əksər şəkərli diabet xəstələrinin ümumi problemidir. “Təəssüf ki, şəkər xəstəsidir, yeməsin”, “Bu yaşda xəstələnib” kimi cümlələrə qulaq asmayın və unutmayın ki, özünə diqqət ayıran şəkərli diabet xəstəsi dünyada ən rahat və sağlam qruplar sırasındadır. Mənfi nümunələrlə özünüzə təzyiq göstərməyin.
Xüsusilə axşamlar ləzzətli yeməklərdən çəkinin: Bu gün müşahidə etdiyim ən böyük problemlərdən biri də insanların mədələrinin səsinə qulaq asmamasıdır. Əgər pizza, digər fəst fudlar, tort və un məmulatları yemək istəyirsinizsə, insulin hazırlamağı unutmayın! İstəmirsinizsə, bu qidalardan uzaq olun.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































