Sağlamlıq
Qadınlar və kişilər gündə nə qədər su içməlidir?
Kişilərə gündə 3,7, qadınlara isə 2,7 litrdən çox su içmək tövsiyə olunmur. Uzun məsafələrə qaçışdan sonra çoxlu maye qəbul edən idmançılarda isə zəhərlənmə riski yüksəkdir. Gündəlik 4 litrdən çox su istehlakı bədənin intoksikasiyasına səbəb ola bilər və bu da öz növbəsində beyin funksiyasının pozulmasına gətirib çıxara bilər.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Bryus Qordon danışıb.
“İnsanın içdiyi gündəlik mayenin miqdarı onun fiziki fəaliyyət səviyyəsinə və yaşadığı iqlimə uyğun olmalıdır. Sudan zəhərlənmə hiponatremiya ilə nəticələnə bilər. Böyrəklər artıq suyu bədəndən çıxarmağa vaxt tapmır ki, bu da qanda natrium ionlarının konsentrasiyasının kritik həddə qədər azalmasına səbəb olur və bu, elektrolitə təsir edir. Orqanizmin tarazlığını pozur və bir sıra xəstəliklərə səbəb olur”, - Qordon bildirib.
Həddən artıq su içdikdə böyük miqdarda mikroelementlər sidiklə birlikdə xaric olur və bu, müxtəlif vacib maddələrin çatışmazlığına səbəb olur. Eyni zamanda insanın böyrəkləri yaxşı işləmirsə, bu, ürək xəstəliyi, yüksək təzyiq, böyrək problemləri və digər xəstəliklər yaradır.
Yüngül hallarda həddindən artıq intoksikasiya baş ağrısına səbəb olur, ağır hallarda bu vəziyyət epilepsiyaya və sinir zədələnməsinə səbəb ola bilər. Sudan zəhərlənmə varsa, dərhal həkimə müraciət etməlisiniz.
Aytən Məftun
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































