Sağlamlıq
Hansı qan qrupu COVID-19-u ağır keçirir?
Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Novosibirsk Dövlət Universitetinin Biotexnologiya və Virusologiya laboratoriyasının müdiri Sergey Netesov insanın qan qrupu ilə COVID-19-un şiddəti arasında aşkar edilmiş əlaqədən danışıb.
Publika.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, alim insanın qan qrupu ilə bağlı müəyyən bir model olduğunu deyib: “Məsələn, birinci qan qrupu olan xəstələr xəstəliyə daha asan dözür, ikinci qrupun sahibləri isə koronavirusa daha çətin dözürlər. Müəyyən qanunauyğunluqların mövcudluğu hələ müəyyən edilməyib, araşdırmalar davam edir”.
Virusoloq bildirib ki, hazırda belə bir əlaqəyə konkret nəyin səbəb ola biləcəyini söyləmək çətindir. Bununla belə, interferon alfa sisteminin işləməsi ilə daha aydındır.
Xatırladaq ki, amerikalı həkimlər müəyyən ediblər ki, koronavirusun ağır gedişi ilə beynin xüsusi kanallarında qüsurlar yaranır. Bu kanallar neyrofibrilyar yumaqlarda protein yığılmasından məsuliyyət daşıyır. Alimlər COVID-19-dan ölən insanların beynini tədqiq ediblər. Onlar Alzheymer xəstəliyində baş verən neyronların tərkibində də eyni dəyişiklikləri tapıb.
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir
-
Tarix09:543800 il əvvələ aid borc dəftəri tapıldı: Hesab pivə ilə də bağlanırmış - FOTO
-
Hadisə09:48Elşən Usubov həbs olundu
-
Nida Xəbər 09:12Turan Əliyevə İsveçdə vəzifə verildi - FOTO
-
ABŞ09:00Bir milyon dollarlıq çeklə çəkilmiş fotosu başına bəla oldu - FOTO
-
Region08:48Pezeşkian Xameneinin məzarı önündə diz çöküb ağladı - VİDEO
-
Sağlamlıq08:36İmmuniteti gücləndirən səkkiz tərəvəz: Tərkibində nələr var?





































