Sağlamlıq
Baş ağrısı yaradan qidalar
Diyetoloq Emi Qudson pis qidalanmanın baş ağrıları ilə necə əlaqəli olmasından danışıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə, baş ağrısı qanda şəkər səviyyəsinin aşağı olması səbəbindən yaranır. Bu, xüsusilə, uzun müddət yemək yeməsəniz, baş verir.
“Naharı ötürdüyünüz zaman qanda şəkər səviyyəsində azalma müşahidə olunur. Şəkərin azalması baş ağrılarına, həmçinin ürəkbulanmaya və hətta başgicəllənməyə səbəb olur.
Qanda şəkər səviyyəsinin aşağı düşməsinə başqa bir səbəb balanssız qidalanma ola bilər. Yalnız karbohidratlara üstünlük verirsinizsə, qanda şəkər miqdarı əvvəlcə yüksəlir, sonra zülal çatışmazlığı səbəbindən daha da düşür. Karbohidratlı qidadan tamamilə imtina etsəniz və ya əhəmiyyətli dərəcədə azaltsanız, nəticələr belə acınacaqlı olmayacaq” , - həkim qeyd edib.
Qudson baş ağrısına səbəb olan daha iki yemək vərdişindən söz açıb. Onun sözlərinə görə, acqarına yalnız şirniyyat yemək və qəhvə içmək olmaz. Hər kəs kofeinə fərqli reaksiya verir, lakin o, sinir sistemini stimullaşdıran bir maddə olduğundan, insanlar acqarına qəhvə içdikdə tez-tez baş ağrısı və narahatlığa səbəb olması barədə xəbərdarlıq edib.
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı




































.jpg)

.jpg)