Sağlamlıq
Diyetoloq arıqlamağın ƏSAS SİRRİNİ AÇDI
Diyetoloq Sergey Oblojko incə bədən quruluşunun əsas sirrini açıb.
Publika.az xəbər verir ki, eskpert bu barədə “Komsomolskaya Pravda” radiosunda çıxışı zamanı deyib.
Mütəxəssisin fikrincə, burada əsas sirri ən sadə yeməkləri dadlı bişirmək bacarığıdır. O, eyni zamanda qeyd edib ki, məhsulların kalori miqdarını bilmək də əhəmiyyətlidir.
“Toyuq sinəsinin 100 qramında 100 kalori var. Bir çox insan bunun dadının yaxşı olmadığını deyir. Ancaq ləzzətli bişirməyi öyrənə bilərsiniz və öyrənməlisiniz. Bu, həyatınızda bir keçid olacaq”, - Oblojko əlavə edib.
Diyetoloq izah edib ki, elə bişirmək lazımdır ki, ağızda ərisin, yaxınlarınızın qulaqları ləzzətlə hərəkət etsin.
“Əgər siz bu imtahandan keçmisinizsə, deməli, arıq insanların dünyasına daxil olursunuz. Anlamalısınız ki, qidalanma həm düzgün, həm də dadlı olmalıdır, əks halda arıqlamaq mümkün deyil”, - həkim yekunda bildirib.
Xatırladaq ki, tibb elmləri namizədi, diyetoloq Rimma Moysenko stresslə mübarizədə kömək edən məhsulların açıqlamışdı. O, hesab ki, qoz-fındıq, tərəvəz və göyərti kimi maqneziumla zəngin qidalar stressi idarə etməyə kömək edə bilər.
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi


































