Sağlamlıq
Ürək xəstəliklərinin qarşısını alan faydalı məhsul tapıldı
Həftədə iki və ya daha çox porsiya avokado yemək ürək-damar xəstəlikləri riskini azaldır. Eyni zamanda avokadonu müəyyən yağ tərkibli qidalarla (yağ, pendir və ya işlənmiş ət) əvəz etmək də sağlamlığın pisləşməsinin qarşısını alır.
Publika.az">Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Harvard Xalq Sağlamlığı Məktəbinin alimləri məlumat yayıb.
“Journal of the American Heart Association”da dərc olunan məqalədə deyilir ki, 30 il ərzində tədqiqatçılar yaşı 30-55 arası olan 68 780-dən çox qadının vəziyyətini təhlil ediblər. Səhiyyə İşçiləri isə Araşdırmasında 40-75 yaş arası 41.700-dən çox kişinin sağlamlıq durumunu izləyiblər. Tədqiqatın bütün iştirakçıları araşdırmada iştirak etməyə başlayanda xərçəng, koronar ürək xəstəliyi və insultdan əziyyət çəkməyib.
Tədqiqatçılar verilən yemək davranışı anketlərinə əsasən ilkin mərhələdə və hər dörd ildən bir iştirakçıların pəhrizlərini qiymətləndirdilib. 30 ildən çox izləmə zamanı 9185 koroner ürək xəstəliyi və 5290 insult qeydə alınıb. Hər həftə ən azı iki porsiya avokado yeyən tədqiqat iştirakçılarının ürək xəstəliyi riski 16 faiz, koroner ürək xəstəliyi riski isə 21 faiz azalıb. Bildirilib ki, marqarin, yağ, yumurta, qatıq, pendir və ya donuz əti kimi işlənmiş ətləri gündə uyğun miqdarda avokado ilə əvəz etmək ürək-damar xəstəlikləri riskini 16-22 faiz azaldır. Avokadoda pəhriz lifi, doymamış yağlar, o cümlədən mono doymamış yağlar və ürək-damar sağlamlığını təşviq edən digər faydalı birləşmələr var.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?



























.jpg)
.jpg)






