Sağlamlıq
Ramazanda bu cür qidalanın
Türkiyəli diyetoloq Ayşə Qorxmaz Ramazan ayında qida seçimlərinə xüsusi diqqət yetirilməli olduğunu bildirib.
Publika.az xəbər verir ki, A.Qorxmaz günün ilk yeməyinə şorba ilə başlamağın mühüm olduğunu deyib.
"İftarda şorbadan başqa pendir, zeytun da verilir. Hər gün iftar yeməklərində salat və tərəvəz kimi lifli qidaların olmasına da diqqət etmək lazımdır", - diyetoloq qeyd edib.
Ayşə Qorxmaz oruc zamanı birdən çox yemək qəbulunun zərərli olacağını bildirib: "Bu, mədə və ürək problemlərinə səbəb ola bilər. Buna görə də az miqdarda yemək yeyilməlidir".
Ramazan ayında ən çox rast gəlinən xəstəlik
Ramazan ayında ən çox rast gəlinən sağlamlıq problemlərinin reflüks və qəbizlik olduğunu deyən Ayşə Qorxmaz bu problemlərdən qaçmaq üçün əməl edilməli olan halları belə sıralayıb:
Qeyd: Mədə möhtəviyyatının qida borusuna geri atılması və onu zədələməsi reflüks xəstəliyi adlanır.
• Reflüksün qarşısını almaq üçün qəhvə, kakao, şokolad kimi həddindən artıq kofein qəbulundan çəkinməli, yağlı qidalardan uzaq durmalı, yemək yeyən kimi yatmağa gedilməməlidir.
• Qəbizlik problemi olanlar üçün iftar və sahurda yeyiləcək qidalar arasında ətli qidaların olması vacibdir. Bunun üçün meyvə-tərəvəz istehlakını artırmaq, tam buğda, qarğıdalı, qarabaşaq və ya çovdar çörəyindən istifadə etmək və xüsusilə su sərfiyyatını artırmaq lazımdır.
• Diabet, yüksək təzyiq və ürək xəstəlikləri kimi sağlamlıq problemləri olan insanlar həkimə müraciət etmədən oruc tutmamalıdırlar. Oruc tutmaq istəyənlər diyetoloqun nəzarəti altında pəhrizlərini yaratmalıdırlar.
Diyetoloq əlavə edib ki, orqanizm gün ərzində susuz qaldığı üçün mümkün olduğu qədər bol su istehlak edilməlidir: "Ağır yeməklərdən və qızardılmış qidalardan uzaq durmaq lazımdır. Şirniyyatların yeməkdən sonra yeyilməsinə diqqət yetirilməlidir. Qızardılmamış, südlü şirniyyatlara üstünlük verilməlidir".
A.Qorxmaz Ramazan ayı üçün uyğun menyu da təqdim edib:
Sahur menyu - 1
• 2-3 dilim tam buğda, qarabaşaq yarması, qarğıdalı unu çörəyi
• 1-2 dilim pendir (az duzlu)
• 1 yumurta
• 5-6 zeytun (duzsuz)
• pomidor, xiyar (az yağlı)
• meyvə, quru meyvə və ya 1 ovuc qoz-fındıq
Sahur menyu - 2
• 1 kasa şorba
• 1 kasa qatıq
• 1 porsiya ətli tərəvəz və ya ət yeməyi
• 1-2 dilim tam buğda, qarabaşaq yarması, qarğıdalı unundan hazırlanmış çörək
• pomidor, xiyar (az yağlı)
İftar menyu
• 1-2 zeytun, xurma və ya pendir
• 1 kasa şorba
• 1 porsiya ət və ya ətli tərəvəz
• salat (az yağlı)
• 2-3 dilim çörək və ya 4-6 xörək qaşığı düyü və ya makaron.
• həftədə 2-3 gün 1 kasa qatıq və ya 1 stəkan ayran
Qəlyanaltı
• 2 kiçik meyvə və ya 1 kiçik kasa südlü desert
Südlü desert qəlyanaltı əvəzinə həftədə 2-3 dəfə yeyilə bilər.
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”
-
İdman06:46“Real”la İnfantino arasında gizli anlaşma













.jpg)















.webp)








