Sağlamlıq
Mütəxəssislərdən MESAJ: “Sağlam sperma üçün bu qidalardan uzaq durun”
Almaniyanın ən çox oxunan qəzetlərindən biri “Bild” bir araşdırma və müsahibə ilə diqqət çəkib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Mannheim Universiteti Tibb Mərkəzinin professoru Berthold Hoçerin rəhbərlik etdiyi araşdırma qrupu bəzi qidaların insan orqanizminə, spermaya zərər verdiyini açıqlayıb.
“Bild” qəzetində yayımlanan araşdırmanın nəticələrinə görə, bu qidalar insanların nəvələrinin də sağlamlığına təsir edə bilir.
Mannheim Universitetinin Tibb Mərkəzinin professoru Berthold Hoçerin sözlərinə görə, atanın yüksək yağlı, duzlu və karbohidratlı qidalar qəbul etməsi uşaqda ağır böyrək pozğunluğuna səbəb ola bilər. Bu zamana qədər belə xəstəliklərin uşağa anadan keçdiyi düşünülürdüsə, ilk dəfə olaraq xəstəliklərin ən azı 2 nəsil atadan ötürüldüyü qeydə alınıb.
Çin universitetləri ilə apardığı araşdırmanın nəticələrini paylaşan Hoçer qeyd edib ki, sağlam olmayan qidalanmanın sperma keyfiyyətinə mənfi təsiri ilə birlikdə maddələr mübadiləsi və böyrək pozğunluqlarının iki nəsildən sonraya keçdiyi təyin olunub. “Böyrək xəstəliklərinin sonrakı və ikinci nəsildə də təsirinin olduğu görüldü. Odur ki, yaxşı sperma keyfiyyətinə sahib olmaq üçün qidalanmaya diqqət yetirmək lazımdır. Eyni zamanda antioksidanları artırmaq lazımdır. Qırmızı bibər, brokoli, alma, böyürtkən, reyhan, göyərti, zeytun yağı və hətta qəhvə faydalı ola bilər” , - professor əlavə edib.
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO




































.jpg)

.jpg)