Sağlamlıq
Ölüm vaxtını doğum tarixinə görə tapmaq olar
Amerikalı tədqiqatçılar müəyyən ediblər ki, insanın doğulduğu ay taleyindən əlavə, uzunömürlülüyünə və sağlamlığına da təsir edir. Alimlərin müşahidələrinə görə, payızda doğulan insanların yetkin qocalığa qədər yaşama ehtimalı 40 faiz çoxdur. Yazda doğulanların isə şansı daha azdır.
Publika.az xəbər verir ki, bu məsələlərlə bağlı elmi məqalə “Royal Society Open Science” jurnalında dərc olunub.
Bildirilib ki, qışda doğulanların şizofreniya xəstəliyinə tutulma ehtimalı daha yüksəkdir. Bununla belə, onlar yay doğum günlərindən fərqli olaraq miopiya və allergiyadan az əziyyət çəkirlər. Amerikalı ekspertlər hesab edir ki, dərs ilinin əvvəlində dünyaya gələn uşaqlar məktəbdə uğur qazanırlar. Mütəxəssislər əlavə edib ki, onların tədqiqatları insana müəyyən aylarda doğuşa təsir edən amilləri öyrənmək məqsədi daşıyır, heç də taleyi proqnozlaşdırmaq üçün nəzərdə tutulmayıb.
Alimlər müəyyən ediblər ki, gözlənilən ömür uzunluğuna başın ölçüsü də təsir edir. Düzdür, indiyədək yalnız heyvanlarla bağlı belə qənaətə gəliblər. Məlum olub ki, ən böyük başlı dişi qırmızı maral sürüdəki həmkarlarından daha uzun yaşayır. Bundan əlavə, alimlər kəllə sümüyünün həcminin irsi xüsusiyyət olduğunu müəyyən ediblər. Bu, vacibdir, çünki bu parametr birbaşa beyin ölçüsü və dolayısı ilə zəka ilə bağlıdır.
Tədqiqatçıların fikrincə, uzunömürlülük həm də insanın əhval-ruhiyyəsindən təsirlənir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
