Sağlamlıq
Ay tutulması insan orqanizminə necə təsir edir? - Həkimlər AÇIQLADI
“Orta əsrlərdən başlayaraq Günəş və Ay tutulmasına adətən mistik don geyindiriblər. Deyirdilər ki, hansısa bəlalardan xəbər verir, bəşəriyyəti qiyamət günü gözləyir və ya ciddi fəsadları olacaq. Odur ki, insanlar o dövrlərdə Günəş və Ay tutulması ilə bağlı müxtəlif rituallar yerinə yetirirdi. Məsələn, Ay və Günəş tutulması zamanı qab-qacaq döyəcləyirdilər, ya da dəmiri döyürdülər, cürbəcür səslər çıxarırdılar”.
Publika.az xəbər verir ki, bu barədə həkim-nevroloq, Avropa Nevroloji Akademiyasının üzvü Qalib Əsədov danışıb.
O bildirib ki, Günəş və Ay tutulmasının adətən orqanizmə hər hansı ciddi bir təsiri yoxdur:
“Sırf psixoemosional sferada təsiri var. İnsanlar qorxurlar ki, hansısa bədbəxtlik başına gələcək, hansısa fəlakətlə üzləşəcək. Nəticə etibarə ilə həyəcan keçirir və təşvişə düşürlər. Xüsusilə əgər bu barədə internetdə çox məlumatlar oxuyublarsa. Günəş və Ay tutulması haqqında çoxlu mistik miflər gəzir, təəssüf ki, insanlarımız elmdən çox mistikaya meyl edirlər. Odur ki, isterika yaranır, yuxuları qaçır. Tarix boyu dəfələrlə Günəş də, Ay da tutulub, göründüyü kimi, bəşəriyyət öz həyatına davam edir. Həyatımız göydəki cisimlərin necə olmasından asılı deyil, həyatımız ağıl, verdiyimiz qərar və düşüncələrimizdən asılıdır”.
src="/storage/files/upload/a2aba2d04c7aece623231e48105149b913086f61.jpg" style="width: 814px; height: 814px;" class="fr-fic fr-dib">
Professor Adil Qeybulla isə qeyd edib ki, Günəş və Ay tutulması təbiət hadisəsidir və bunlar astrofizikanın qanunları əsasında baş verir:
src="/storage/files/upload/522ec63739ab4e9235855d1717fc31630ca68f99.jpg" style="width: 791px; height: 701.353px;" class="fr-fic fr-dib">
“Bu, Ayın Yerlə Günəş arasında qalması zamanı Günəş diskini örtməsi hadisəsidir. O, müxtəlif variantlardan asılı olaraq tam hissəvi və həlqəvari ola bilər. Bu, uzun sürən proses deyil və Yer kürəsindəki canlılara, insan orqanizminə xüsusi bir təsiri yoxdur. İnsanlar göydəki hadisələrin qanunauyğunluğunu bilmədiyi dini xurafat dövründə buna mifik yanaşırdı. Odur ki, müxtəlif şayiələrin yaranmasına yol açırdı. Astrofizikanın qanunları tam dəqiqləşdikcə Göydə və Kainat haqqında elmi araşdırmalar artdıqca orada baş verən hadisələrin bütün mexanizmləri aydınlaşdı və aydın oldu ki, bu, bir təbiət hadisəsidir və Ay Günəş ətrafında fırlanır. Elə bir zaman gəlir ki, Ay Yerlə Günəş arasında qalır. Bu zaman Ay tutulması baş verir və müvəqqəti olaraq bu proses davam edir. Ay tutulmasının insan orqanizminə heç bir təsiri yoxdur, əksinə, müəyyən olunub ki, Ay Yerin bir peyki olaraq Yer kürəsindən təxminən 1 sm uzaqlaşmaqdadır. Gələcəkdə bunun neqativ nəticələri ola bilər, çünki Ayın özünün Yer kürəsindəki həyata çox böyük təsiri var. Amma fizioloji baxımdan danışırıqsa, canlılara elə bir neqativ təsirdən söhbət gedə bilməz. Bu, artıq aydınlaşdırılmış, dəqiq vaxtı bilinən bir məsələdir. Hələ bir neçə ay öncə demişdilər ki, bu il may ayının 16-da Bakı vaxtı ilə saat təxminən 8:12-də baş verəcək və belə də oldu”.
Məlumat üçün bildirək ki, ilin ilk Ay tutulması hadisəsi dünən saat 07:29-da başlayıb, saat 08:53-də sona çatıb.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





