Sağlamlıq
Axşam saat 6-dan sonra yemək yeməliyikmi?
Sağlam həyat tərzini təbliğ edən mütəxəssislər axşam saat 18:00-dan sonra yemək yeməməyi tövsiyə edir. Xüsusilə arıqlamaq istəyən və ya artıq çəki problemi olanlar bu saatdan sonra yeməkdən imtina edirlər ki, daha effektiv nəticə əldə olunsun.
18:00-dan sonra həqiqətən aclıq etməyə dəyərmi?
Bu mövzu barədə Publika.az-a dietoloq, həkim-terapevt Ləman Süleymanova danışıb.
Həkim bildirib ki, xaraktercə insanlar bir-birindən seçildiyi kimi, hər bir orqanizmin də fərdi xüsusiyyətləri var. Odur ki, qidalanma rejimi hər kəsdə fərqlidir:
“İstər hormonal mübadilə, istərsə də insanın həyat tərzi, çalışdığı müəssisə, keçirdiyi xəstəliklər, yaşadığı ölkənin iqlim xüsusiyyətləri, qidalanması, ailə vəziyyəti, zərərli vərdişləri, yaş xüsusiyyəti və s. insanın həyat fəaliyyətinə və hormonların sürət mexanizminə birbaşa təsir göstərir.
Avtomobilin öz qidası var, benzin vurmalıyıq və yağını yeniləməliyik ki, idarə edə bilək. İnsanı da Allah qida ilə sistemləşdirib. Bizi ayaqda saxlayan, zehni qabiliyyət və fiziki aktivliyimizi təmin edən qidalanmalıdır. Biz bu energetik bazanı qida ilə doldururuq. Amma hər bir insanın qidalanma tərzi və orqanizmin qidaya tələbatı fərqlidir.
Mütəxəssislər hər kəsə ümumi məsləhət görür ki, rejimlə qidalansın. Səhər, günorta, axşam yeməyi vaxtlı-vaxtında yeyilməlidir, fiziki aktivlik və bol maye qəbulu da tövsiyələr arasında birinci dayanır. Bunlar bütün mütəxəssislərin pasientlərinə, ümumiyyətlə insanlara verdiyi ən vacib məsləhətlərindən biridir. Lakin fərdi və sistematik yanaşsaq, səhər yeməyi çox vacibdir və bu, bütün insanlara aiddir. Səhər yeməyi bizim energetik balansımızı təmin edir. Səhər mütləq normal qidalanmalıyıq. Orqanizmin ən vacib energetik maddələri qidalardan mənimsəməsi səhər saatlarına təsadüf edir. Bu, 7-dən 11-ə qədər aktivdir. 11-dən 2-yə qədər orqanizmdə maddələr mübadiləsi - zülal, yağ, karbohidrat və mineralların mənimsənməsi bir qədər passivləşir.
Axşama doğru həzm prosesi ağırlaşır, odur ki, axşamlar daha yüngül və rahat qidalara üstünlük vermək lazımdır. Şəkərli diabet xəstələri, mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən, arterial təzyiqi yüksək olan və arıqlamaq istəyən insanlar yaxşı olar ki, axşam yeməklərinə diqqət etsinlər. Daha yağlı, daha kalorili qidaları mümkün qədər kənarlaşdırsınlar və daha rahat həzm olunan yüngül qidalara üstünlük versinlər”.
Mütəxəssis qeyd edib ki, passiv həyat tərzi sürən insanlar xüsusilə axşam qidasını yüngülləşdirməlidir:
“Bu qrupun səhər və günorta yeməyi ilə kifayətlənməyi daha yaxşıdır. Lakin fiziki-aktiv həyat tərzi sürən insanlara axşam qidası vacibdir. Çünki yorğunluq sindromu aktivləşəcək və bir neçə gün ərzində insana mənfi təsir göstərə bilər. Arterial təzyiqi aşağı olan hipotoniklərdə halsızlıq, yorğunluq baş verəcək ki, bu da iş qabiliyyətində məhsuldarlığın aşağı düşməsinə səbəb ola bilər. Odur ki, fiziki aktivliyi olan insanlar üçün axşam yeməyi mütləqdir. Yay aylarında gün uzanır, ona görə də 20:00-da da yemək olar. Düzdür, həzm prosesi çox sürətli olmasa da, rahat həzm etmək olur”.
src="/storage/files/upload/e2fae0e0a9057894285b2744de74b966886646e8.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..." - VİDEO
-
İdman14:14
Sürətli yolların ərəb gözəli: O, ABŞ-ın tarixinə necə düşüb?
-
Dünya13:30
Putindən ən yaxın dostuna sürpriz hədiyyə: Yük təyyarəsi ilə göndərdi - VİDEO