Sağlamlıq
Çimərlik mövsümünə hazırlıq: Formada qalmağın sirləri
“Yay fəsli gəlir, çimərlik mövsümü başlayır. Hər birimiz qısa müddətdə ideal formaya düşməyi arzulayırıq. Bunun üçünsə birinci növbədə idmanların şahı sayılan idman yürüşünü məsləhət görərdik. İstər artıq çəkili, istərsə də normal çəkidə olanlara da bunu tövsiyə edirik”.
Bunu Publika.az-a açıqlamasında həkim-diyetoloq Şəfa Yadigarova deyib.
src="/storage/files/upload/b5d8308d1d45bbfd27b19d9f5066782077499266.jpg" style="width: 378px; height: 342.72px;" class="fr-fic fr-dib fr-fil">
Onun sözlərinə görə, istər sağlamlıq, istər enerji balansını bərpa etmək, istərsə də metobolizma sisteminin fəaliyyətini sürətləndirmək nöqteyi nəzərindən iti addımlarla yerimək çox faydalıdır: “Artıq çəkili insanlara qaçış cihazlarında yüksək sürətlə qaçmağı tövsiyyə etmirəm. Düz yolda gəzmək kifayətdir. İdman günün birinci yarısında önəmlidir. Hazırda yay mövsümü olduğu üçün sübh çağı metobolizmanın daha da sürətlənir. Xanımlarımıza səhər saat 06:00-da, bəylərimizə isə 05:00-06:00 radələrində idman etməyi məsləhət görürəm. Ümumiyyətlə, yay mövsümündə arıqlamaq daha sürətlə baş verir. Təbii ki, qidalanma da çox önəmlidir”.
Ş.Yadigarova onu da vurğulayıb ki, formada qalmanın 80 faizi qidalanma, 20 faizi idmana bağlıdır: “İdman sadəcə bədəndəki artıq kaloriləri yandırır, metobolizmanı sürətləndirir, qan dövranını bərpa edir. Bunun hesabına arıqlama prosesi gedir. O şərtlə ki, qidalanmaya, su balansına və yuxu rejiminə riayət edilsin. Əgər bunlara əməl edilməsə, “bir addım irəli, iki addım geri” prinsipi işə düşəcək. Sadaladıqlarımıza sistemli şəkildə riayət edildiyi təqdirdə, istənilən nəticəni əldə etmək olar. Yay mövsümündə su balansına diqqət etməklə yanaşı, qazlı su və dondurmadan bir qədər uzaq durmaq lazımdır”.
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
Avropa12:17Milan iğtişaşlarında “Rusiya əli”? - Səfirlikdən kəskin reaksiya və ruslara XƏBƏRDARLIQ
-
Qarabağ 11:36Qarabağ müharibəsindən yeni kadrlar yayıldı: Əksəriyyəti salamat qayıtmadı - Video
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR














.jpg)






















