Sağlamlıq
Soyuq yeməklər yeməyin! - Həkim tövsiyəsi
Soyuq qidalar yemək artıq çəkidən qurtulmağa kömək etmir, əksinə, bu, immunitetin zəifləməsinə və mədə-bağırsaq traktı xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı diyetoloq Yevgeni Arzamasçev Gazeta.Ru-ya danışıb. Mütəxəssisin sözlərinə görə, soyuq yeməkləri həzm edərkən orqanizm çox az enerji sərf edir ki, bu da arıqlamağa kömək etməyəcək: "Əgər siz məşhur “buz” pəhrizinə sadiq qalsanız, mədə problemləri qazana bilərsiniz".
“Bədən soyuq yeməkdən sonra özünü isitməyə bir qədər enerji sərf edəcək, lakin bu, cüzi kaloridir. Yeməkləri soyuq halda yeməklə qəbul etdiyimiz kalorinin minimum miqdarını itirəcəyik, bu heç bir şəkildə arıqlamağa təsir etmir. Soyuq yemək həm də bədənin immun müdafiəsinin kəskin azalmasına və respirator xəstəliklərinin yaranmasına səbəb olacaq”, - ekspert yekunda bildirib.
Aytən Məftun
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir





































