Sağlamlıq
Səpki, suluq, yara.. - infeksionist meymunçiçəyinin əlamətlərini açıqladı
Meymunçiçəyinin əlamətləri iki qrupa bölünür. Birinci mərhələyə, hərarətin yüksəlməsi, ümumi halsızlıq, əzələlərdə ağrı olur. 2-3 gün ərzində xəstəliyə xas olan səpgilər meydana gəlir. Səpgilər ləkələrdən başlayır, getdikcə suluğa çevrilir, suluq partlayır və yara əmələ gəlir. Bu müddət ərzində insan ətraf-mühit üçün müyyən təhlükə yardır. Bu cür səpgilərlə gedən xəstəliklər çoxdur. Onların bir qismi yoluxucu, bir qismi isə dəri xəstəlikləridir. Hansı xəstəlik olduğunu insan özü müəyyən edə bilmir. Meymunçiçəyində 90 faiz hallarda səpgilər birinci üzdə formalaşır, o cümlədən ovuc içində və ayaqların altında rast gəlinir. Bu əlamətlər varsa, insan birinci növbədə özünü təcrid etməlidir.
Publika.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. Həkim bildirib ki, hazırda əhalinin marrifləndirilməsi istiqamətində işlər aparılır:
“İnsanlar xəstəliyin əsas aparıcı əlamətlərindən xəbərdar olmalıdır. Meymunçiçəyi yeni xəstəlik deyil, 1958-ci ildə meymunlarda təsadüf olunub. 1970-ci ildə ilk insan xəstələnməsi qeydə alınıb. O vaxtlar xəstəlik meymunlardan insanlara keçirdi. İnsandan-insana ötürülməsi hallarına rast gəlinsə də, çox davam etmirdi. 5-6 zəncirdən sonra infeksiya lokallaşırdı. Hazırda dövrdə infeksiyanın geniş yayılması onu deməyə əsas verir ki, bu virus mutasiyaya uğradığı üçün hava damcı yolu ilə yayılması sürətlənib. Digər tərəfdən infeksiyanın yayılmasını təmasın olması ilə izah etmək olar. Yoluxmuş insanların yatağına, istifadə etdiyi əşyalarına, geyindiyi paltarlara və sairə toxunmaq yolu ilə də yoluxmaq mümkündür. Lakin bunun üçün də sıx və uzunmüddətli təmas lazımdır ki, yoluxma halları baş versin”.
Həkim qeyd edib ki, hələlik müəyyən epidemik tədbirlər bu infeksiya ilə mübarizədə yetərli sayıla bilər.
“İlk yoluxma hallarının və təmaslıların vaxtında aşakr olunması və onların müşahidə altına alınması, infeksiya ilə mübarizə aparmaq mümkündür. Meymunçiçəyi hələ çox yayılmayıb, ümid edək ki, daha da genişlənməsinə rast gəlməyəcəyik. Onu da qeyd edim ki, meymunçiçəyi Azərbaycan Respublikasında hələ ki, qeydə alınmayıb. Amma bu, o demək deyil ki, meymunçiçəyi Azərbaycanda aşkarlanmayacaq. Təəssüf ki, belə hallar ola bilər, bunu gözləyirik. Artıq müəyyən qabaqlayıcı tədbirlərin görülməsinə başlanılıb”.
Mütəxəssis etiraf edib ki, hətta həkimlər də meymunçiçəyi ilə suçiçəyini fərqləndirməkdə çətinlik çəkir:
“Yoluxma halları artdıqca fərqləndirmə aparmaq da çətinləşir. Bəzən elə hallar ola bilər ki, yalnız laborator müayinədən sonra təsdiq edə bilərik. Suçiçəyi ilə meymunçiçəyinin əsas fərqləndirici əlaməti odur ki, ikincisində limfa düyünləri şişir, səpgilər isə daha dərində yerləşir, suçiçəyində isə səthidir, toxunduqda dərhal partlayır. Eyni zamanda səpgilərin lokalizasiyasında da fərqlər var. Meymunçiçəyinə üz və periferik ətraflar daha çox xasdır, meymunçiçəyində isə gövdə və s.”
Aytən Məftun
-
MDB04:44Krasnodara PUA hücumu - 2 uşaq həlak oldu, çox sayda yaralı var
-
Səhiyyə01:11Bu vitamin yüksək dozada qəbul etdildikdə mücüzə baş verir
-
Qoroskop00:00Günün ULDUZ FALI - Uğur qazanmaq şansınız yüksəkdir
-
Rəsmi xronika23 Avqust 23:55Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - VİDEO
-
Art23 Avqust 23:47Azərbaycanın Xalq artisti vəfat etdi - FOTO
-
Rəsmi xronika23 Avqust 23:36"Mirzə Uluqbəy adına məktəb dostluğumuzun və qardaşlığımızın rəmzidir" - VİDEO
-
Hadisə23 Avqust 22:12Bakıda yaşayış binasındakı yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ
-
Nida Xəbər 23 Avqust 21:48İlham Əliyevin şərəfinə verilən dövlət ziyafətinin MENYUSU
























.jpg)











