Sağlamlıq
Bədəndən gələn hansı qoxular diabetə işarə edir?
Avropa Tibb Mərkəzinin endokrinoloqu, diabetoloq Əlfərac Anasın sözlərinə görə, uzun müddət şəkərli diabetdən əziyyət çəkən xəstələrin bədənindən aseton və yayetişmiş meyvə qoxusu gələ bilər.
Publika.az xəbər verir ki, həkim bu barədə “Gazeta.ru”-ya danışıb. Mütəxəssisin fikrincə, buna səbəb insulinlə bağlı problemlərdir. Sağlam bir bədəndə enerji mənbəyi kimi lazım olan qlükoza hüceyrələrə buraxılır. Əks halda bədən enerji və “yanacaq” əldə etmək üçün alternativ yollar seçməlidir.
“İnsulinlə bağlı problem yaranarsa, qlükoza lazım olan yerə çatmır və qanda şəkər toplanır. Bu səbəbdən hüceyrələr ac qalır. Bu zaman hüceyrələrdə şəkər olmadıqda bizə enerji verən başqa bir mexanizm işə salınır: orqanizm ehtiyatda olan yağdan istifadə etməyə başlayır. Yağların parçalanmasının nəticəsi enerji üstəgəl asetondur (keton cisimləri). Aseton və ya keton qanda toplanır, sonra qan dövranı nəticəsində mədədən və ağızdan özünəməxsus qoxu verir. Bu, aseton qoxusu və ya çürümüş meyvə qoxusuna yaxındır. Aseton qoxusu insanın uzun müddətdir şəkər xəstəsi olduğuna işarə edir”, - həkim izah edib.
Aytən Məftun
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































