Sağlamlıq
Qadın sağlamlığı üçün olduqca faydalıdır
Rusiyalı tibb elmləri namizədi Aleksandra Puriqa qara gavalı qurusunun qadın sağlamlığı üçün faydasından danışıb.
Publika.az xəbər verir ki, həkimin sözlərinə görə, bu məhsulun müntəzəm istifadəsi ömrü uzadır. “Radio Komsomolskaya Pravda”ya danışan ekspert qeyd edib ki, gündə cəmi 50 qram gavalı qurusu yemək sümükləri möhkəmləndirir, onların mineral sıxlığını qoruyur.
Həkim bildirib ki, postmenopozal qadınlarda estrogen səviyyəsinin aşağı olması sümüklərin zəifləmə riskini artıra və sınıqlara səbəb ola bilər. Amma qara gavalı qurusunun gündəlik pəhrizə daxil edilməsi bu prosesi yavaşlatmaqla və ya geri qaytarmaqla sümükləri qorumağa kömək edir.
“Bundan başqa, gavalının tərkibindəki polifenollar ürəyə müsbət təsir göstərir. Həmçinin, bu məhsul qanda xolesterinin səviyyəsini aşağı salmağa və yüksək qan təzyiqinin qarşısını almağa kömək edir”, - Puriqa yekunda vurğulayıb.
Aytən Məftun
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































