Sağlamlıq
İdmana başlayanlara mühüm tövsiyə
Payızda idmanla məşğul olmaq xüsusilə effektlidir. Вuna yaxşı hava şəraiti kömək edir, günəş artıq aktiv deyil və şaxta da yoxdur.
Publika.az xəbər verir ki, bu sözləri sambo üzrə idman ustası, fitnes məşqçisi, sambo və cüdo üzrə olimpiya ehtiyatları idman məktəbinin baş məşqçisi Dmitri Naqulin deyib.
“Bundan əlavə, yayda bütün bədən sistemləri istirahət edir və payıza qədər fiziki gücə hazır olur. Üçüncü səbəb psixoloji hazırlıqdır. Həyatınızı dəyişmək istəyirsinizsə, idmana başlamağı məsləhət görürəm.
Bir çoxumuz yeni həyata başlamaq anını daim növbəti bazar ertəsinə, yaxud yeni ilə qədər təxirə salırıq. Bunu payızda etməyi məsləhət görürəm. Çox vaxt insanlar payızda iş yerini dəyişmək və ya təhsillə məşğul olmaq qərarına gəlirlər. Siz öz zövqünüzə uyğun idman tapa bilərsiniz”, - Naqulin bildirib.
Virus və soyuqdəymə mövsümünün başlanğıcını nəzərə alaraq ekspert güc məşqlərinə deyil, kardiyoya daha çox diqqət yetirməyi tövsiyə edib. Həddindən artıq fiziki fəaliyyət, əksinə, immun sistemini çox zəiflədir, bu isə o deməkdir ki, idmanın tempinə nəzarət etmək lazımdır. Bundan əlavə, o, mümkün qədər çox meyvə-tərəvəz yemək və uyğun geyinməyin vacibliyini xatırladıb.
Aytən Məftun
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































