Sağlamlıq
Payız yorğunluğundan bu üsulla xilas olun
Ən azı yeddi saat sağlam yuxu və düzgün qidalanma payız yorğunluğuna qalib gələ bilər. Bu tələblərə riayət etməyiniz gün ərzində özünüzü gümrah saxlamağa yetər.
Publika.az xəbər verir ki, bu sözləri Sankt-Peterburq telekanalının efirində həkim Viktoriya Dekkanova deyib. Mütəxəssisin fikrincə, səhər yeməyinə diqqət yetirməyə dəyər, o, balanslı olmalı və tərkibi sadəcə karbohidratlardan ibarət olmalı deyil.
“Tək yulaf çox da sağlam deyil. Əgər insanlar onu çox sevirlərsə, zülal və ya yağlar əlavə etmək lazımdır. Məsələn, yağ mənbəyi kimi sürtgəcdən keçirilmiş bərk pendir əlavə edin. Sıyığa kərə yağı, yaxud bir yumurta əlavə edə bilərsiniz” , - terapevt qeyd edib.
Həkim əlavə edib ki, səhərlər yulaf əvəzinə qarabaşaq yarması da yeyə bilərsiniz, çünki tərkibində yüksək protein var. Dekkanova onu da vurğulayıb ki, əgər yuxudan oyananda yemək istəmirsinizsə, mütəxəssisə müraciət etməlisiniz. Bəzən də yatmazdan əvvəl həddindən artıq yediyimiz üçün səhərlər aclıq hissi yox olur. Odur ki, axşam yatmazdan dörd saat əvvəl yemək tövsiyə olunur.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































