Sağlamlıq
Uşaqlıq xərçənginin əlamətləri
Uşaqlıq boynu xərçəngi HPV (papillomavirusu) viruslarının yaratdığı infeksiyalar nəticəsində baş verir. Adətən 50 yaş civarında yaranan uşaqlıq boynu xərçəngi indi gənclərdə də müşahidə edilir.
Publika.az xəbər verir ki, bu virus cinsi yolla keçən xəstəliklər qrupunda idi. Lakin araşdırmalar nəticəsində onun təmas yolu ilə də keçə biləcəyi məlum olub.
Uşaqlıq boynu xərçəngi qadınlarda ən çox rast gəlinən dördüncü xərçəng növüdür və 2020-ci ildə 604 000 yeni xəstənin qeydə alındığı təxmin edilir. Cancer.net-in məlumatına görə, daha çox 35-44 yaş qrupuna diaqnoz qoyulub.
Bu statistik məlumatlar bir daha göstərib ki, xərçəng inkişaf etmədən erkən əlamətləri aşkar etmək lazımdır.
Uşaqlıq boynu xərçənginin əlamətləri
anormal vaginal qanaxma
Vaginadan qeyri-adi axıntı
Cinsi əlaqə zamanı ağrı
Çanaq bölgəsində ağrı
Uşaqlıq boynu xərçənginin inkişaf riskini necə azaltmalı?
Cinsi əlaqə zamanı prezervativdən istifadə etmək qadın HPV-yə yoluxma və ötürmə riskini azaltmağa kömək edir.
HPV peyvəndi uşaqlıq boynu xərçənginə səbəb olan HPV növlərindən qoruyur.
Əgər uşaqlıq boynu xərçəngindən şübhələnirsinizsə, əlavə müayinə üçün həkiminizlə danışın.
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə2 Noyabr 18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 2 Noyabr 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika2 Noyabr 12:50Ərdoğan İlham Əliyevi təbrik etdi



















.jpg)













.jpg)
.jpg)

