Sağlamlıq
Həkim qocalmanı gecikdirən gənclik iksirini açdı
Aralıq dənizi pəhrizi, düzgün, aktiv və hərkətli həyat tərzi bədəndəki qocalma prosesinin sürətini azaltmağa kömək edir.
Publika.az xəbər verir ki, bu sözləri gerontoloq, geriatr, Gerontologiya Elmi-Tədqiqat Tibb Mərkəzinin direktoru Kirill Proşayev deyib. O qeyd edib ki, bəşəriyyət həmişə gənclik və ölməzlik iksirini axtarıb, ancaq daha asan yollar var.
“Geroprotektorlar - qocalmanı ləngidən dərmanlar üzərində çoxlu araşdırmalar aparır. Amma maraqlıdır ki, bu gün arsenalımızda alimlərin dərman hesab etdiyi iki qeyri-dərman faktoru meydana çıxıb. Bu, müəyyən pəhriz və hərəkət rejimdir.
İnsan hərəkət edərkən bədənində azot oksidi hormonu damar endotelində sərbəst buraxılır. O, damarların genişlənməsinə, qan təzyiqinin aşağı salınmasına və damar divarının aterosklerotik proseslərə müqavimətinin artmasına kömək edir.
Bu gün Ümumdünya Səhiyyə Təşkilatı Aralıq dənizi pəhrizini ən məqbul qidalanma modellərindən biri kimi tövsiyə edir. Aydın məsələdir ki, hər kəs Aralıq dənizində yaşamır, relyefin, bəzi milli xüsusiyyətlərin təsiri var, amma əsasən belə bir pəhriz tövsiyə olunur”, - Proşayev "ura.ru"-ya müsahibəsində bildirib.
Aytən Məftun
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
















.webp)






















