Sağlamlıq
Məşhur cütlükdən xərçəng peyvəndi müjdəsi: 2030-cu ilə qədər...
Korona virus pandemiyası dünyada milyonlarla insanın həyatına son qoyarkən ilk təsdiqlənmiş “BioNTech” peyvəndini hazırlayan professor Uğur Şahin və həyat yoldaşı Özlem Türeci xərçəng peyvəndinin müjdəsini verib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, alimlər mRNA texnologiyasına əsaslanan xərçəng müalicələrini sürətləndirəcəyini və xərçəngə qarşı peyvəndlərin 2030-cu ildən əvvəl geniş şəkildə istifadəyə veriləcəyini açıqlayıb. Xərçəng peyvəndləri barədə BBC kanalında jurnalist Laura Kuenssbergin suallarını cavablandıran Özlem Türeci qeyd edib ki, bunun üzərində on ildir tədqiqat gedir: “On illərdir xərçəng peyvəndi hazırlamağa çalışırıq. Və birdən COVİD-19 ilə qarşılaşdıq. COVİD-19 peyvəndi xərçəng araşdırmalarımızı sürətləndirdi. İndi biz immunitetinin çox sayda insanda mRNT-yə necə reaksiya verdiyini bilirik. Xərçəngin müalicəsini tapacağımızı söyləməkdə həmişə tərəddüd edirik. Bəzi irəliləyişlərimiz var və onların üzərində işləməyə davam edəcəyik”.
Alim qeyd edib ki, “BioNTech”in hazırladığı xərçəng peyvəndi insanın bədəninə şişlərindəki antigen molekullarını tanıyıb təmizləməyi öyrətmək əsasında və COVİD-19 peyvəndinə bənzər bir üsulla hazırlanıb.
İyun ayında “BioNTech” həmçinin Çikaqoda Amerika Klinik Onkologiya Cəmiyyətinin konfransında mədəaltı vəzi xərçəngi xəstələrinin erkən mərhələdə tədqiqatının nəticələrini paylaşıb. Müvafiq olaraq, peyvənd edilmiş 16 xəstənin yarısının 18 aydan sonra tam sağaldığı, digər səkkizində isə T-hüceyrə reaksiyası olmadığı üçün peyvəndin heç bir təsir göstərmədiyi bildirilib. Bununla belə, mütəxəssislər xatırladıblar ki, mədəaltı vəzi xərçəngi ən ölümcül xərçəngdir və xəstələrin 90 faizi diaqnoz qoyulandan sonra iki il ərzində ölür.
Məlumat üçün bildirək ki, Uöur Şahin ilə Özlem Türeci “BioNTech” şirkətini 2008-ci ildə Almaniyanın Mainz şəhərində əsasən xərçənglə mübarizə aparmaq üçün qurub. Pandemiya başladığı aylarda isə “Pfizer” kimi böyük bir şirkət ilə işləyərək peyvənd yaratmağa başladılar.
Aytən Məftun
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































