Sağlamlıq
Dünya yeni pandemiya ilə üzləşəcək - SOS
2030-cu ildə xərçəng xəstələrinin sayı dörd dəfə artacaq.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Cərrahiyyə Dərnəyinin prezidenti Prof. Dr. Ahmet Serdar Karaca danışıb. Onun sözlərinə görə, xərçəngdə erkən diaqnoz, skrininq və müalicə üsullarında irəliləyiş olmasa, qarşıdakı illərdə xəstələrin sayını artacaq.
Bütün dünyada onkoloji xəstəliklərin artdığını deyən professor bildirib ki, 2007-2010-cu illər arasında baxdığımızda Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə ölümlərdə ürək-damar xəstəlikləri ilk sırada idi: "Lakin 2017-ci ildə onkoloji xəstəliklər, yəni xərçəng təəssüf ki, dünyada bir nömrəli ölüm səbəbi oldu. Əslində tendensiya bu şəkildə davam edərsə, biz COVİD-19 pandemiyasından çıxacağıq, ancaq xərçəng pandemiyası gündəmə gələ bilər.
Statistikaya əsasən demək olar ki, 2030-cu ilə xərçəng xəstələri dörd dəfə artacaq. Odur ki, bu gün xərçəng xəstəliyinə qarşı tədbir görməliyik. Erkən diaqnoz, skrininq və müalicə üsullarının təkmilləşdirilməsinə ehtiyac var. Xərçəng yaxın 10 ildə həyatımızda böyük problemlərə yol aça bilər".
Xərçənglə ən əhəmiyyətli müalicə üsulunun erkən diaqnoz olduğunu ifadə edən Prof. Dr. Karaca sözlərinə belə davam edib:
"Erkən diaqnoz qoyulan xərçəng xəstəliyi müalicə edilə bilər. Dünyada skrininq edilə bilən 3 növ xərçəng var. Döş, uşaqlıq və kolon xərçəng növləri yoxlanıla bilər. Bu, o deməkdir ki, yalnız risk qrupunda olduğunuzu müəyyən etməklə onun 50 faizini aradan qaldıra bilərsiniz. Bu gündən 2030-cu ildə qeydə alınacaq xərçəng növlərini proqnozlaşdırmaq çox çətindir, lakin döş xərçəngi qadınlar arasında birinci yerdədir, kişilərdə isə ağciyər xərçəngi üstünlük təşkil edir. Siqaret ağciyər xərçənginin əsas səbəbidir. Tütün məmulatlarından imtina etdiyimiz zaman ağciyər xərçənginin kəskin şəkildə azaldığını görürük".
Aytən Məftun
-
Hadisə19:40Azərbaycanda zəlzələ oldu
-
Sosial18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı
-
Nida Xəbər 16:32Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak etdi - FOTO
-
Avropa14:21Bu ölkə NATO-dan uzaqlaşma qərarı verdi - Referendum keçiriləcək
-
İdman13:31UEFA-dan FİFA rəhbərinə qarşı sərt addım: Daha qətiyyətli tədbirlər görüləcək
-
MDB13:08Ukrayna ABŞ-a səfir tapa bilmir: Zelenski iki namizəd arasında qalıb
-
ABŞ10:14Melaniya Ağ Evdə yaşamırmış: Trampla onun arasında nə baş verib?

































.jpg)
.jpg)

.jpg)