Sağlamlıq
Professordan donuz qripi xəbərdarlığı: "Bu virus da COVİD-19 kimi..."
Prof. Dr. Alper Şener donuz qripinə yoluxmaların artdığını bildirib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həkimin sözlərinə görə, simptomlar eyni olduğu üçün A qripi ilə COVİD-19-u fərqləndirmək çətindir.
"Əsasən laboratoriya müayinələrində boğazdan alınan nümunə ilə onları müəyyənləşdirmək mümkündür. Qrip infeksiyalarında istifadə etdiyimiz antiviral agent və COVİD-19-da istifadə etdiyimiz antiviral agent bir-birindən fərqlidir, odur ki, onları ayırmaq vacibdir. Antiviral müalicə ilə virusun aşağı tənəffüs yollarına düşməsinin qarşısını alırıq. Qrip deyib keçməyin, o, COVİD-19 kimi yoluxucu və ölümcül ola bilər.
Ümumiyyətlə hər il qış aylarında qripin ştammlarının və alt növlərinin artdığını görürük. Hazırda xəstələr qrupunda donuz qripi və onun alt tiplərində əhəmiyyətli artım müşahidə olunur, COVİD-19-dan daha çoxdur. Qripə yüngül yanaşmaq olmaz. Xüsusilə 65 yaşdan yuxarı xəstə qrupunun xəstəxanaya yerləşdirilməsinə ehtiyac ola bilər. Bəziləri hətta süni nəfəs aparatına qoşulmalı ola bilər. Ölümcül olma təhlükəsi var, lakin COVİD-19 qədər riskli deyil. Hər halda donuz qripinin bu yaş qrupunda xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamaq lazımdır. Donuz qripində simptomlar COVİD-19-da olduğu kimi geniş yayılmış əzələ ağrısı və oynaq ağrısı ilə başlayır. Tənəffüs simptomları ola bilər. Quru öskürək, burun axması, zəiflik meydana gəlir. Donuz qripi ishala, dadbilmə və iybilmə duyumunun itməsinə səbəb olmsa da, unutmaq olmaz ki, uzun müddət quş və donuz qripi ilə qarşılaşmadığımız üçün orqanizm onu unudub. Odur ki, yenidən iltihablı reaksiya baş verir", - həkim bildirib.
COVİD-19 infeksiyalarında dadbilmə və iybilmə qabiliyyətinin, eyni zamanda ishal əlamətlərinin olduğunu bildirən professor sözlərinə belə davam edib: “Bunlar varsa, COVİD-19 ola biləcəyini düşünürük. Bundan başqa, qrip və COVİD-19-u yalnız simptomlarla ayırmaq mümkün deyil. Boğaz ağrısı, quru öskürək kimi simptomlar hər ikisində ümumidir. Yeganə fərq, əslində ishalın olmasıdır. Xüsusilə dadbilmə və iybilmə itibsə varsa, COVİD-19 olma riski yüksəkdir".
Aytən Məftun
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































