Sağlamlıq
Qış depressiyası və infeksiyalardan qoruyan qidalar
Bədənimizin ehtiyacları ilin fəslindən asılı olaraq çox dəyişir və sağlam qalmaq üçün bunu nəzərə almağa dəyər. Xüsusilə qış aylarında. Qışda bədənimiz bir çox heyvanlar kimi qış yuxusuna gedir. Bir çox proseslər yavaşlayır, ona görə də enerjini təmin etmək və bizi ruhdan düşməkdən xilas etmək üçün ona əlavə kömək göstərməliyik.
Publika.az xəbər verir ki, nutrisioloq Yelena Sviridovanın sözlərinə görə, ən effektiv və asan yol rasionu tənzimləməkdir. Rusiya nəşrlərindən birinə verdiyi müsahibədə ekspert bildirib ki, omeqa-3 yağ turşuları ilə zəngin olan balıqlar bizi qış depressiyasından qoruyur. Yelena Sidirova qeyd edib ki, omeqa-3 immuniteti, damarları və skelet sistemini gücləndirir, həmçinin soyuq mövsümdə xüsusilə vacib olan tənəffüs orqanlarını infeksiyalardan müdafiə edir.
"Omeqa-3 depressiyanı da aradan qaldırır. Aşağıdakı siyahıdan zövqünüzə uyğun istənilən balıq seçə bilərsiniz: qızılbalıq, kütüm, skumbriya və.s Əgər balıqdan bezmisinizsə, lakin omeqa-3 ehtiyacını ödəmək istəyirsinizsə, qoz, kətan toxumu, lobya və çia toxumu yeyin. Qış pəhrizinə yerin altında yetişən tərəvəzləri - kök, çuğundur və kartofu da daxil etmək məsləhətdir. Onların faydası enerji verən A vitamini və yüksək karbohidrat tərkibindədir. Onlardan liflə zəngin tərəvəz salatları hazırlayın", - deyə eskpert qeyd edib.
Dietoloq naringi, portağal və digər sitrus meyvələrinin möcüzəvi xüsusiyyətlərini də xatırladıb. Bu meyvələr tərkibindəki çoxlu lif və flavonoidlər sayəsində qış meyvələri hesab olunur. Antioksidant təsirə malik olduğu üçün metabolik prosesi yaxşılaşdırır.
Əlbəttə ki, qışda isti şorbalarsız keçinə bilmərik. Tərəvəz və ət maye konsistensiyasının sayəsində bədəndə asanlıqla sovrulur və ağırlıq hissi olmadan toxluq hissi verir. Ət yeməyənlər üçün əla alternativ zəngin balıq suyu ola bilər.
Aytən Məftun
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı

















.webp)




















