Sağlamlıq
İki başı, iki ayağı, dörd qolu olan uşaq doğuldu
Misirin Əl Mansurə şəhərində birləşmiş əkiz uşaq dünyaya gəlib.
Publika.az xəbər verir ki, bu barədə “Daily Mirror” məlumat yayıb.
Adının açıqlanmasını istəməyən qadın hələ hamiləlik dönəmində uşaqlarının necə görkəmdə olacağı haqqında məlumatlı imiş. Bununla belə o, uşaqları dünyaya gətirmək istədiyini deyib. Doğuş hamiləliyin 9-cu ayında qeysəriyyə əməliyyatı ilə həyata keçirilib.
Bir gövdədə iki başlı, iki ayaqlı və dörd qolu olan yenidoğulmuş körpələr həkim nəzarəti altənda ixtisaslaşdırılmış xəstəxanaya köçürülüb. Uşaqların cinsiyyəti barədə isə hələki məlumat verilmir.
Məlum olduğu kimi əkizlərin qarın boşluğunda və döş qəfəsində orqanlar ümumidir. Ona görə də onların ayrılma ehtimalı olduqca azdır. Belə bir əməliyyatda sağqalma ehtimalı az, ölüm riski isə yüksəkdir.
Ayşən
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































