Sağlamlıq
"Fəsadsız ötüşmür, bir il davam edə bilər" - İMMUNOLOQDAN XƏBƏRDARLIQ
Qrip və COVİD-19 xəstələri, eləcə də bu xəstəlikdən sonra spirtli içki qəbul etməməlisiniz.
Publika.az xəbər verir ki, bu barədə immunoloq Vladimir Bolibok xəbərdarlıq edib. Onun sözlərinə görə, spirt tromboz riskini artırır. Həkim qeyd edib ki, hazırda iki ciddi infeksiya yayılıb: COVİD-19-dan başqa, həm ürək-damar sisteminə hücum edən, həm də xüsusilə damarların daxili qişasını zədələyən “donuz qripi”. Bu, bir müddət sonra tromboz təhlükəsi də yaradır.
"Alkoqol, xüsusən də həddindən artıq spirtli içki qəbul etmək qan laxtalanması ilə tromboz riskini daha da artırır: birincisi, bu, qırmızı qan hüceyrələrinin yapışması ilə əlaqədardır, ikincisi, spirtli içkilər susuzluğa səbəb olur. Statistika göstərir ki, spirtli içkilər həmişə infarkt, insult və əzaların trombozu təhlükəsi yaradır, qrip və koronavirus infeksiyalarında vəziyyəti daha da ağırlaşdırır", - Bolibok "Sputnik" radiosuna müsahibəsində izah edib.
Həkim qeyd edib ki, test cavabları normallaşsa, xəstəlikdən sonra spirtli içki qəbul edə bilərsiniz. Bununla belə, o xatırladıb ki, spirtin təhlükəsiz dozası yoxdur.
"Əgər xəstə olmusunuzsa, yaxşı olardı ki, uzun müddət istifadə etməyəsiniz. Buna dair dəqiq bir zaman çərçivəsi yoxdur, hər şey fərdidir. İnsan özünü yaxşı hiss etsə belə, testlər bunun əksini göstərə bilər. SARS, qrip və koronavirus infeksiyası fəsadsız ötüşmür, qan dövranının pozulması bir ay və ya bir il davam edə bilər", - mütəxəssis qeyd edib.
Aytən Məftun
-
Pul10:13Fransa iqtisadiyyatı üçün həyəcan təbili: “S&P” də proqnozunu pisləşdirdi
-
İqtisadi gündəm09:28Dünyanı gözləyən böyük təhlükə: Yaxın 6 ayda bu ərazilərdə aclıq kəskinləşəcək
-
ABŞ09:19Bayden daha kimsənin vecinə deyil: Kitabı da satılmır
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu


































