Sağlamlıq
"Bu dərmanlar daha riskli ola bilər" - HƏKİMDƏN ÇAĞIRIŞ
Bitki tərkibli olması dərmanları tam zərərsiz və güvənli etmir. Əksinə, bitkisəl dərmanların saflaşdırılması, standartlaşmanın olmaması, onların tərkibinə müxtəlif farmaseptik maddələrin qarışması, ağır metallarla kontaminasiya olunması, ehtimalları artır. Bu da gözlənilməyən əks təsirlərin ortaya çıxmasına səbəb olur.
Publika.az xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Turanə Rəsulova deyib.
Həkim qeyd edib ki, ölkəmizdə istifadəsi geniş yayılmış bəzi bitkisəl tərkibli dərmanlar xüsusilə əməliyyata gələn xəstələr üçün təhlükə yarada bilər:
"Bitki mənşəli dərmanların qəbulunun ən azı əməliyyatdan iki həftə əvvəl dayandırılmasını istəyirik. Bunlara sarımsaq, zəncəfil, balıq yağı, E vitamini kimi preparatlar daxildir. Onların istifadəsini öncədən dayandırmalısınız, bəziləri K vitamini, bəziləri isə trombositlər üzərindən təsir göstərir, qanı durulaşdırır və qanaxma ehtimalını artırır.
Odur ki, əməliyyatdan əvvəl cərrahınıza və anestezioloqunuza bütün bitkisəl əlavələri və preparatları səhih şəkildə bildirin. Çünki analizlərdə qəbul etdiyiniz preparatların təsir mexanizmini və nəticələrini görməyə bilərik. Belə olan halda, ya əlavə analizlər istəyə, ya da qəbul etdiyiniz preparatı dayandırıb sizi güvənli şəkildə əməliyyata alacağıq. "Bitki tərkiblidir, zərəri yoxdur, heç bir şey olmaz" deyib laqeyd yanaşmayın, hər şey gözlədiyimizdən daha riskli ola bilər".
Aytən Məftun
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin























.png)










.jpg)
.jpg)